”Onun gələcək durumu barədə hər hansı proqnoz vermək hələ tezdir”
Özbəkistan prezidenti İslam Kərimovun qızı atasının sağlıq durumu ilə bağlı açıqlama verib.
APA-nın xəbərinə görə, İ. Kərimovun kiçik qızı Lola Kərimova-Tillyayeva özünün “Facebook” və “İnstagram” sosial şəbəkələrindəki səhifələrində atasının insult olduğunu yazıb. O, ötən şənbə günü İ. Kərimovun beyninə qan sızdığını və xəstəxanaya aparıldığını, hazırda reanimasiya şöbəsində müalicə olunduğunu bildirib: “Onun gələcək durumu barədə hər hansı proqnoz vermək hələ tezdir”.
1989-cu ildən bəri Özbəkistanı idarə edən İslam Kərimov 78 yaşındadır.