Özbəkistan prezidentinin insult keçirdiyi deyilir
Prezidentin avqustun 27-də xəstəxanaya yerləşdirildiyi bildirilir. APA-nın məlumatına görə, bu barədə “Fərqanə” agentliyi Daşkənddəki mənbələrə istinadən məlumat yayıb.
Agentlik İ. Kərimovun Daşkənddəki iqamətgahının milis və xüsusi xidmət orqanlarının əməkdaşları tərəfindən üçqat əhatəyə alındığını yazıb. Daşkəndə xaricdən prezidentin xəstəliyi barədə məlumatlı olan həkimlər gəliblər.
Ancaq hələ ki, bu məlumat rəsmən təsdiqlənməyib.
“RİA Novosti” agentliyi isə xəbər verir ki, Özbəkistan Nazirlər Kabineti İ. Kərimovun stasionar müalicə aldığını açıqlayıb.