İslam Kərimov vəfat edib – RƏSMİ

“Özbəkistan prezidenti İslam Kərimov vəfat edib. Allah ona rəhmət eləsin. Türkiyə Cümhuriyyəti adından Özbəkistan xalqına dərin hüznlə başsağlığı verirəm”.

Source:

Türkiyə baş naziri Binəli Yıldırım: Allah İslam Kərimova rəhmət eləsin

“Özbəkistan prezidenti İslam Kərimov vəfat edib. Allah ona rəhmət eləsin. Türkiyə Cümhuriyyəti adından  Özbəkistan xalqına dərin hüznlə başsağlığı verirəm”.

“Ria Novosti” yazır ki, bunu  Türkiyənin baş naziri Binəli Yıldırım sentyabrın 2-də jurnalistlərə açıqlamasında deyib.  Baş nazir məlumat aldığı mənbəni açıqlamayıb.

Avqustun 2-də “Reuters” agentliyi də diplomatik mənbələrə istinadən İslam Kərimovun vəfat etdiyini yazıb. Özbəkistan hökuməti isə bəyanat yayaraq, İslam Kərimovun iflicdən sonra ağır durumda olduğunu bilirib.

İslam Kərimov 1938-ci il yanvarın 30-da Özbəkistanın Səmərqənd şəhərində anadan olub. O, keçmiş SSRİ-də Özbəkistan Kommunist Partiyasının I katibi (1989-1991) olub. 1990-cı ildən isə ölkənin prezidenti idi. İslam Kərimov sovetlər dövrü ilə birlikdə Özbəkistana 28 il rəhbərlik edib.

Ana səhifəXəbərlərİslam Kərimov vəfat edib – RƏSMİ