İslam İnqilabı Keşikçilərinin Korpusu

Mənbə: Foto: arxiv

Başlıq: İslam İnqilabı Keşikçilərinin Korpusu

İslam İnqilabı Keşikçilərinin Korpusu: Düşmənə ciddi cavab veriləcək

Donald Tramp: “İranı İŞİD-lə birgə mübarizəyə dəvət edirəm”

İslam İnqilabı Keşikçilərinin Korpusu ölkənin düşmənlərinə yaxın zamanlarda ciddi cavab veriləcəyini bəyan edib.

TASS xəbər verir ki, bu barədə İranın Hərbi Qüvvələrinin Baş Qərargahının departament rəhbəri Abolla Əraqı deyib.

O bəyan edib ki, korpus İran hakimiyyətində əsas qüvvələrdən biridir.

Yanvarın 3-də İraq ərazisində ABŞ raket zərbəsi ilə korpusun xüsusi təyinatlı qüvvələrinə rəhbərlik edən Qasım Süleymanini öldürüb. İran buna cavab olaraq yanvarın 8-də İraq ərazisində yerləşən ABŞ hərbi bazalarını raket atəşinə tutub.

Ağ Evdən xalqa müraciət edən ABŞ prezidenti Donald Tramp bəyan edib ki, Vaşinqton İrana qarşı sanksiyaları kəskinləşdirəcək.

Bununla belə Donald Tramp bildirib ki, ABŞ İranla sülhə hazırdır və rəsmi Tehranı İŞİD-lə birgə mübarizəyə dəvət edib.

İranın BMT-də daimi nümayəndəsi Məcid Taxt-Rəvançi bəyan edib ki, Tehran raket zərbəsi ilə verdiyi cavabdan qanedir və yeni hərbi addımlar atmağa hazırlaşmır.

ABŞ-ın əməkdaşlıq haqqında təklifini sanksiyalar qüvvədə qaldığı müddətdə mənasız sayan M.Taxt-Rəvançi bildirib ki, sanksiyalar iranlıların həyatına ciddi təsir edib.

“Vaşinqtonun sanksiyaları iqtisadi terrorçuluqdur və beynəlxalq hüquqa ziddir”, - o deyib.

Respublikaçı-senator Rend Pol prezident administrasiyasının nümayəndələrinin Qasım Süleymaninin öldürülməsi barədə izahatlarından razı qalmadıqlarını deyib.

“CNN” telekanalına müsahibəsində senator bildirib ki, qanunvericilər üçün keçirilən xüsusi birifinqdə administrasiyanın nümayəndələri Qasım Süleymaninin öldürülməsinin vacibliyini sübut edən inandırıcı informasiya verə bilməyiblər.

“Administrasiyanın nümayəndələri qanunvericilərə qərarın vacibliyi barədə izahat verməli idilər. Amma onlar bizə Qasım Süleymani tərəfindən ABŞ hərbçiləri və diplomatlarına hansı təhlükənin yaşanması barədə heç nə deyə bilmədilər. Bizə ümumi məlumatlar verdilər. Həmin məlumatları biz qəzetlərdən də ala bilərik”, - senator deyib.

Buradaykən …

Sizdən kiçik bir xahişimiz var: Fəaliyyət göstərdiyimiz mühitdə məlumatlar dövlətin çox sıx nəzarəti altındadır. Meydan TV insanların keyfiyyətli və müstəqil informasiya ilə təmin etmək üçün çalışır. Biz sizin eşidə bilmədiyiniz, amma eşitmək istədiyinizə inandığımız hekayələri işıqlandırırıq. Dövlət senzurasının – rəsmi bloklanmanın və təzyiqlərin gücləndirilməsinə baxmayaraq, biz, müstəqil jurnalist komandası ağır şərtlər altında Azərbaycan xalqının dolğun, keyfiyyətli informasiya ilə təmin edilməsinə çalışırıq və bunun üçün sizin köməyiniz lazımdır.

Sizin dəstəyiniz bizim böyük risk altında işləyən jurnalistlərimizə güc verir. Azərbaycanda müstəqil jurnalistikanın qorunması üçün edilmiş hər bir cəhd sizin töhfənizdir. Çox sağ olun.

BIZƏ DƏSTƏK OLUN
Bölmələr:  
qısa linklər:   http://mtv.re/rbq7nk

Ən çox baxılan