İslam Həmrəyliyi Oyunlarının futbol yarışları başlayıb

Azərbaycanın rəqibləri Kamerun, Səudiyyə Ərəbistanı və Mərakeşdir

Source:
foto sosial şəbəkə


Azərbaycanın rəqibləri Kamerun, Səudiyyə Ərəbistanı və Mərakeşdir

Mayın 8-i IV İslam Həmrəyliyi Oyunlarının futbol yarışları başlayıb.

“Bakı-2017” xəbər verir ki, A qrupu çərçivəsində Səudiyyə Ərəbistanı millisi Mərakeş komandası ilə qarşılaşacaq.

Azərbaycan isə Kamerun millisi ilə oynayacaq.

Futbol yarışında səkkiz komanda mübarizə aparacaq.

Ev sahibi Azərbaycan ilə yanaşı, Türkiyə, Səudiyyə Ərəbistanı, Kamerun, Mərakeş, Oman, Fələstin və Əlcəzair milliləri yarışacaqlar.

Azərbaycan millisi A qrupunda yer alıb. Bu qrupda Azərbaycanın rəqibləri Kamerun, Səudiyyə Ərəbistanı və Mərakeşdir.

B qrupunda isə Türkiyə, Əlcəzair, Oman və Fələstin yığma komandaları var.

“Bakı-2017”nin futbol yarışında hər bir komandanın heyəti 23 yaşadək futbolçulardan ibarətdir. Bununla yanaşı, yaşı 23-dən yuxarı olan üç futbolçu da heyətdə cəlb edilib.

Həndbol turları isə mayın 9-da başlayacaq.

IV İslam Həmrəyliyi Oyunlarının rəsmi açılış mərasimi isə mayın 12-də olacaq.

Mayın 22-nə kimi davam edəcək yarışlarda 50-dən çox ölkənin 3 minə kimi idmançısı iştirak edəcək. Yarışlar 20 idman növü üzrə keçiriləcək.

Ana səhifəXəbərlərİslam Həmrəyliyi Oyunlarının futbol yarışları başlayıb