“İslam dövləti” azərbaycanlı döyüşçülərin bidətinin videosunu yayıb

“SİTE Intelligence Group” həmçinin qeyd edir ki, bu, İD*-nin Azərbaycanda yaydığı ilk videodur.

Source:

Qadağan olunmuş “İslam dövləti” terrorçu təşkilatı azərbaycanlı döyüşçülərin qruplaşmanın liderinə bidətinin ilk videosunu yayıb. Bu, İD*-nin Azərbaycandakı tərəfdarlarının ilk videosudur.

39 saniyəlik videoçəkilişdə üç kişi görünür, onlar üzlərini qara parça ilə bağlayıblar. Arxalarındakı fonda terrorçu təşkilatın rəmzi var, kişilərin üçü də əlində avtomat tutub.

Onlar İD*-nin lideri Əbu Bəkr əl-Bağdadinin adını çəkərək bidətin mətnini oxuyurlar. “Cihadçılar növbə ilə İD* döyüşçülərinin Baquzda yenilməzliyi, düşmənlərin, o cümlədən Rusiyanın qruplaşmaya qarşı müharibədə müxtəlif ittifaqları haqda danışıb və İD* başçısına bidət ediblər”, – döyüşçülərin fəallığını izləyən “Telegram-kanal Directorate 4” videodakı sözlərin mənasını açıqlayır.

“SİTE Intelligence Group” həmçinin qeyd edir ki, bu, İD*-nin Azərbaycanda yaydığı ilk videodur.

Cihadçılar azərbaycanlı döyüşçülərin videosunu “Möminlər üçün ən yaxşı son” ümumi adı altında təbliğatçı çarxlar seriyası çərçivəsində yayıblar. Bu videolarda İD*-nin müxtəlif ölkələrdən olan tərəfdarları bidətin sözlərini deyirlər, Cənubi Asiyada terrorizm üzrə ekspert Faran Cəfəri öz “Twitter”-də yazıb.

“Directorate 4”-ün qeyd etdiyi kimi, Azərbaycandan olan video bu seriya çərçivəsində sayca altıncıdır.

Bir neçə Azərbaycan vətəndaşının hərbi döyüşlərdə İD* tərəfində iştirak etməsi haqda əvvəllər də məlumat olub. 2018-ci ilin payızında Suriya demokratik ordusu ölkədə altı İD* döyüşçüsünün əsir götürülməsi barədə bəyanat verib. Bu əsirlərin arasında Azərbaycanda doğulmuş, 1974-cü il təvəllüdlü birisi də olub. SDF PRESS-in videosunda o, İsmayıl Rəşad Rafiq kimi adlandırılıb (Əbu Zəkəriyyə Azeri).

2018-ci ilin aprelində İraqın Mərkəzi Cinayət Məhkəməsi Azərbaycanın üç qadın vətəndaşının İD*-nn iştirakçısı olduğunu təsdiqləyərək, onlara ölüm hökmü kəsib.

2018-ci il yanvarın sonunda Azərbaycan Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin rəhbərinin müavini Suriyada və İraqda həlak olan ölkə vətəndaşlarının sayını açıqlayıb. Məmur dəqiqləşdirib ki, hökumətin əlində Suriya və İraqda “həmçinin radikal qruplaşmaların təsiri altına düşmüş” 300-dən çox azərbaycanlı uşaq və qadının olması barədə məlumat var.

“Kavkazski uzel” “Evə dönüş: İD*-dən sonra Qafqaza”, “Suriya od içindədir” və “Qafqaz xəlifətin nişangahı altında” adlı mövzularla bağlı səhifələrdə Yaxın Şərqdəki müharibənin Qafqaza təsiri haqqında materiallar dərc edir. “Soraq kitabçası” bölməsində həmçinin “İŞİD sıralarında Qafqazdan gəlmələr” yazısı yerləşdirilib.

Ana səhifəXəbərlər“İslam dövləti” azərbaycanlı döyüşçülərin bidətinin videosunu yayıb