”İslahatları öz adlarına çıxırlar ki, guya mitinqə görə bu addımlar atılıb”

Qüdrət Həsənquliyev: “Bu tip müxalifətin öz mövcudluğunu qoruyub saxlaması səbəbindən prezidenti tənqid etmək olar”

Qüdrət Həsənquliyev. Foto: arxiv
Qüdrət Həsənquliyev foto google.az
Qüdrət Həsənquliyev foto google.az


Qüdrət Həsənquliyev: “Bu tip müxalifətin öz mövcudluğunu qoruyub saxlaması səbəbindən prezidenti tənqid etmək olar”

“Azərbaycan əlayehinə işləyən qüvvələr, prezidentin son islahatlarını öz adlarına çıxmağa çalışırlar ki, guya bunlar mitinq keçirib deyə dəyişiklik oldu”.

Milli Məclisin fevralın 12-dı keçirilən iclasında parlamentin İctimai birliklər və dini qurumlar komitəsinin sədri, hakim Yeni Azərbaycan Partiyası (YAP) icra katibinin müavini Siyavuş Novruzov belə deyib.

O bildirib ki, şəhid ailələrinə kompensasiya verilməsi məsələsi Azərbaycan Prezidentinin tapşırığı ilə araşdırıldıqdan sonra müvafiq addım atıldı. “Minimum əmək haqqı ilə bağlı da uzun müddət idi ki, proseslər gedirdi. Bütün ölkələrin təcrübəsini öyrəndikdən sonra bu istiqamətdə də bu mühüm addım atıldı və minimum əməkhaqqı 50 manat artırılaraq, 130 manatdan 180 manata qaldırıldı. Bir qrup şəxs, xaricdə oturub böhtan kampaniyası aparanlar isə bu addımları öz adlarına çıxıb, əhalini çaşdırmağa çalışırlar. İddia edirlər ki, guya mitinqdəm sonra bəzi addımlar atılıb. Bu, tamailə yalandır. Prezident İlham Əliyev xalqın problemlərinin aradan qaldırılması üçün tapşırıqlar verir. Gənclərin müxtəlif dövlət vəzifələrinə təyinatı dövlət başçısının gənclər siyasətinə önəm verdiyini göstərir. Hər birimiz əsgər kimi bunları ictimaiyyətə çatdırmalıyıq”.

Siyavuş Novruzov
Siyavuş Novruzov

Bu insanlara baş qoşmağa dəyməz

Deputat Qüdrət Həsənquliyev də həmkarının fikrini dəstəkləyib: “Siyavuş Novruzov qeyd etdi ki, xaos müxalifəti aparılan islahatları öz adına çıxmaq istəyir, guya onların təzyiqi ilə bu islahatlar aparılır. Əslində demokratik qüvvələr bundan pərişan olmamalıdır. Onlar belə şantajla aparılan islahatların dayandırılmasını istəyirlər. Hesab edirəm ki, islahatlar dərinləşdirilməlidir. Xalq prezident tərəfindən aparılan islahatları dəstəkləyir”.

Q.Həsənquliyevin sözlərinə görə, bu günlərdə yayılan bir fotodan sonra o qənaətə gəlib ki, ölkədə bu tip müxalifətin öz mövcudluğunu qoruyub saxlaması səbəbindən prezidenti tənqid etmək olar: “Prezident açılış tədbirindən bir goto veriblər ki, ölkə başçısı orada 3-4 metr məsafədən insanların qarşısında çıxış edir. Başqa fotoda isə göstərirlər ki, prezident Şamaxıda ağbirçək nənənin əlindən öpmək istəyir. Əslində bu epizod əhalini xeyli duyğulandırdı. Çünki nənə prezidentin əlindən öpmək istəyirdi, amma prezident əks addım atdı. Bu hadisə insanları çox sevindirdi. Amma bu insanlar açılış mərasiminə getməklə, faciə baş verən yerə getməyin fərqini anlamırlarsa, deyiləcək söz yoxdur. Hesab edirəm ki, bunun fərqində olmayan insanlara baş qoşmağa dəyməz”.

Məqsəd gündəmi dəyişməkdir

Parlament sədrinin müavini Bahar Muradova isə deyib ki, Azərbaycan dövlətinin öz vətəndaşının yanında olması ardıcıl və məqsədyönlü bir siyasətdir:

“Biz bunun içərisindəyik, əksini söyləyənlər də bunu görürlər. Amma təbii ki, məqsəd başqadır, gündəmi dəyişməkdir. Əsas məqsəd qarşımızda dayanan vacib niyyətdən və məqsəddən yayındırmaqdır. Biz bunları nəzərə alaraq diqqətimizi əsas məqsədimizə yönəltməliyik”.

O, deputatları vahid məqsəd olan Dağlıq Qarabağ və danışıqlar prosesini irəlilətməyə çağırıb:

“Hesab edirəm ki, bütün məqamlarda məqsəd məhz bu olmaldır. Heç bir məqamda bizi bu niyyətdən yayındıran dairələrin cəhdlərinə uymamalı, məqsədimizi bu istiqamətə yönəltməliyik. Hesab edirəm ki, Azərbaycanın artan gücü bu dairələri narahat məsələləri gündəmə gətirməyə vadar edir. Ona görə də ölkə prezidentinin müəyyən etdiyi cəsarətin yanında olmalıyıq”.

Ana səhifəXəbərlər”İslahatları öz adlarına çıxırlar ki, guya mitinqə görə bu addımlar atılıb”