İslah işləri ilə cəzalandırılan tələbənin apelyasiya şikayəti təmin edilmədi

Apelyasiya məhkəməsi Bakı Dövlət Universitetinin İlahiyyat fakültəsinin tələbəsini günahkar saydı

Foto: Zəka Mirağayevin şəxsi arxivindən
Zəka Mirağayev
Zəka Mirağayev


Apelyasiya məhkəməsi Bakı Dövlət Universitetinin İlahiyyat fakültəsinin tələbəsini günahkar saydı

Bakı Apelyasiya Məhkəməsində Bakı Dövlət Universitetinin İlahiyyat fakültəsinin tələbəsi Zəka Mirağayevin barəsində olan qərardan verilən apelyasiya şikayətləri üzrə məhkəmə iclası başa çatıb.

Hakim Həsən Əhmədovun sədrlik etdiyi iclasda qərar elan edilib. Qərara görə, şikayətlər təmin edilməyib.

Z.Mirağayev apelyasiya şikayətində bəraət verilməsini, qarşı tərəf isə cəzanın ağırlaşdırılmasını istəmişdi.

Fevralın 5-də məhkəmədə tərəflərin hər ikisi çıxış edib. Tələbənin vəkili Elçin Sadıqov dekan müavininin iddia ərizəsində göstərilən məqalələrdən birini təqdim edərək deyib ki, həmin material anonim olub, onu Z.Mirağayevin yazması haqda heç bir sübut yoxdur. Üstəlik, fakültədəki korrupsiya və rüşvətxorluq halları haqda məqalədə öz əksini tapan iddialar təkzib olunmayıb. Vəkil çıxışının sonunda hüquqlarını müdafiə etdiyi tələbə haqqında cinayət işinə bəraətverici əsaslarla xitam verilməsini istəyib.

Z.Mirağayev də söyləyib ki, fakültədə baş verənlər haqda mətbuata müsahibə verməmişdən əvvəl mediada bu mövzuda yazılar getmişdi.

Dekan müavini N.İsmayılzadənin vəkili Kamandar Nəsibov da çıxış edib. Bildirib ki, qarşı tərəfin təqsiri birinci instansiya məhkəməsində kifayət qədər sübuta yetirilib. Vəkil tələbəyə həbs cəzası verilməsini istəyib.

Hakimlər kollegiyası isə hökmün dəyişdirilmədən qüvvədə saxlandığını elan edib.

Yasamal Rayon Məhkəməsinin 2017-ci il noyabrın 8-də çıxardığı qərara əsasən, böhtan atma maddəsi ilə Z.Mirağayev 1il islah işləri cəzasına məhkum

edilib.

Onun aylıq gəlirinin 15 faizi də tutulacaq.

Ana səhifəXəbərlərİslah işləri ilə cəzalandırılan tələbənin apelyasiya şikayəti təmin edilmədi