İşin gərginliyindən balıq tutmağa yollananlar

İstilər düşən kimi İlham Səfərov dostu ilə birlikdə Zığ şossesinin kənarında balıq tutmağa gəlir. Hər ikisi həvəskar balıqçıdır. İki ildir balıq ovuna çıxıblar. Deyirlər ki, bununla işin gərginliyini atırlar.

Hər birinin səbətinə bir neçə balıq yığılıb. Deyirlər, balıq olmayanda tez çıxıb gedirlər, amma tilovlarına balıq düşəndə vaxtın necə keçdiyin bilmirlər. Elə olub ki, 12 saat dayanıb balıq tutublar. Tutduqları balıqları ya işdə, ya da evlərində bişirib yeyirlər.

Onlar üçün əsas balıq əti yemək deyil, balığı tutmaqdır. Bundan zövq alırlar.

Saat 5 olur, daha tilovlarına balıq düşmür. Səbətlərinə yığdıqları balıqları götürüb evlərinə yollanırlar.

Ana səhifəVideoİşin gərginliyindən balıq tutmağa yollananlar