İŞID məsuliyyəti üzərinə götürdü, Rusiya isə təkzib etdi

“Misirli həmkarlarımızla daim əlaqədəyik, hazırda təyyarənin terrorçular tərəfindən vurulması barədə təsdiqedici informasiya yoxdur”

Source:



Misirli həmkarlarımızla daim əlaqədəyik, hazırda təyyarənin terrorçular tərəfindən vurulması barədə təsdiqedici informasiya yoxdur”

Rusiya nəqliyyat naziri Maksim Sokolov oktyabrın 31-də Şarm-əl-Şeyx şəhərindən Sankt-Peterburqa uçarkən qəzaya uğrayan “Koqalımavia” sərnişin təyyarəsinin terrorçular tərəfindən vurulmasını təkzib edib.

“Biz misirli həmkarlarımızla daim əlaqədəyik, hazırda təyyarənin terrorçular tərəfindən vurulması barədə təsdiqedici informasiya yoxdur. Mütəxəssislərimiz təyyarənin düşdüyü ərazidə işləyirlər. Bundan əlavə yaxın vaxtlarda beynəlxalq komissiya ora gedəcək. Onlar əldə olunan sənədlər əsasında faciənin səbəbləri barədə nəticə ortaya qoyacaqlar”,-deyə nazir bildirib.

Reyters agentliyi İŞID terror təşkilatının məsuliyyəti üzərinə götürdüyü barədə məlumat yayıb.

Oktyabrın 31-də Moskva vaxtı ilə saat 6.21-də Şarm-əl-Şeyx şəhərindən Sankt-Peterburqa uçan “Koqalımavia” kampaniyasının təyyarəsinin qəzaya uğraması nəticəsində 217 sərnişin və 7 ekipaj üzvü ölüb. Təyyarədə 17 uşaq olub (lenta.ru).

Ana səhifəMənim FikrimcəİŞID məsuliyyəti üzərinə götürdü, Rusiya isə təkzib etdi