İŞİD-ə qoşulmaq istəyən 14 azərbaycanlı saxlanılıb

Polis tərəfindən yaxalananlardan biri İŞİD-in yuxarı rəhbərliyinə daxil olan “İstanbul əmiri” kimi tanınan azərbaycanlı Abdulla Abdullayevdir

Source:

Polis tərəfindən yaxalananlardan biri İŞİD-in yuxarı rəhbərliyinə daxil olan “İstanbul əmiri” kimi tanınan azərbaycanlı Abdulla Abdullayevdir

Türkiyənin Adana vilayətində polisin antiterror əməliyyatları çərçivəsində İŞİD-ə qoşulmaq istəyən Azərbaycan, İndoneziya, İraq, Qırğızıstan, Tacikistan və İrandan olan 38 nəfər saxlanılıb. Saxlanılanların 15-i uşaq, 10-u qadın, 13-ü yetkinlik yaşında olan kişidir. Bu barədə milliyyet.com.tr saytı məlumat yayıb.

Polis Suriyaya keçmək istəyən bu şəxslərə kömək edən iki nəfəri də nəzarət altına alıb, daha iki nəfərin axtarışı isə davam etdirilir.

Türkiyə mediası saxlanılan şəxslərin 14-nün Azərbaycan, 7-nin İndoneziya, 5-nin İraq, 5-nin Qırğızıstan, 2-nin Tacikistan, 1-nin İran və 1-nin Əfqanıstan vətəndaşı olduğunu bildirir.

Cumhuriyyet.com.tr saytı polis tərəfindən yaxalananlardan İŞİD-in yuxarı rəhbərliyinə daxil olan “İstanbul əmiri” kimi tanınan azərbaycanlı Abdulla Abdullayevin olduğunu yazır. Saytın məlumatıma görə, A.Abdullayev digər ölkələrdən İstanbula gələrək İŞİD-ə qoşulacaq şəxsləri qarşılayır, saxlayır və sonra Suriyaya yola salırmış. (Turan İA)

Ana səhifəXəbərlərİŞİD-ə qoşulmaq istəyən 14 azərbaycanlı saxlanılıb