İşgəncəyə dözməyən məhbusun özünə zərər yetirdiyi deyilir

Pentensiar Xidmət: ”Yayılan məlumat həqiqəti əks etdirmir”

Source:
Pentinsiar Xidmət foto sosial şəbəkə
Pentinsiar Xidmət foto sosial şəbəkə

Pentensiar Xidmət: ”Yayılan məlumat həqiqəti əks etdirmir”

“13 saylı Cəzaçəkmə Müəssisəsində saxlanılan məhkum Natiq Cabbarlı işgəncəyə dözməyərək dilini kəsib”, – məhkumun atası Vaqif Cabbarov gununsesi.info-ya belə deyib.

V. Cabbarov oğlunun 2 aydır müntəzəm olaraq müəssisənin rəis müavini Elçin Əlicanov tərəfindən fiziki və mənəvi işgəncələrə məruz qaldığını söyləyib. Bildirib ki, oğlu Natiq Cabbarlı cəza çəkdiyi müddətdə dəfələrlə rəis müavini

E.Əlicanov tərəfindən döyülərək karserə salınıb:

“Sonuncu dəfə E.Əlicanov tərəfindən daha dəhşətli işgəncələrə məruz qalıb. Nəticəsi də budur, özünə qəsd edib. Hazırda Natiqin vəziyyəti çox ağırdır. Onu Pentensiar Xidmətin Bakıdakı Müalicə Müəssisəsinə köçürüblər”, – deyə məhkumun atası bildirib.

Meydan TV məsələyə Pentensiar Xidmətdən münasibət öyrənib. Mətbuat xidmətinin rəhbəri Mehman Sadıqov bildirib ki, yayılan məlumat həqiqəti əks etdirmir:

“Bu barədə araşdırma apardım və yalan olduğu məlum oldu. Bununla bağlı artıq bir neçə yerə açıqlama vermişəm. Sizə də deyirəm ki, yayılan məlumat tamamilə yalandır”

Ana səhifəXəbərlərİşgəncəyə dözməyən məhbusun özünə zərər yetirdiyi deyilir