İşgəncələrdə şübhəli bilinən qadın ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin direktoru olub

Donald Tramp yeni dövlət katibi və Mərkəzi Kəşfiyyat İdarəsinin rəhbərini təyin edib

Source:


Donald Tramp yeni dövlət katibi və Mərkəzi Kəşfiyyat İdarəsinin rəhbərini təyin edib

ABŞ prezidenti Donald Tramp dövlət katibi Reks Tillersonu martın 13-də istefaya göndərib.

R.Tillersonu Mərkəzi Kəşfiyyat İdarəsinin (MKİ) direktoru Mayk Pompeo əvəz edəcək.

ABŞ tarixində ilk dəfə olaraq MKİ-yə qadın, MKİ-nin keçmiş rəhbərinin müavini Cina Qaspel başçılıq edəcək.

Prezident bildirib ki, MKİ direktoru Mayk Pompeo bizim yeni dövlət katibi olacaq. O, bu işin öhdəsindən çox yaxşı gələcək.

Turan İA ABŞ mətbuatına istinadən

yazır

ki, D.Tramp və R.Tillerson arasında ziddiyyətlər olub:

“KİV qeyd edirdi ki, onların arasında ciddi fikir ayrılığı yaranıb, xüsusilə bu, Şimali Koreyanın raket sınaqları və İranın nüvə proqramı ilə bağlı olub”.

R.Tillerson kadrlı diplomat deyil. O, dünyanın aparıcı neft şirkətlərindən birində- Exxon Mobil-də çalışıb. Rusiya prezidenti Vladimir Putinlə yaxın münasibətləri var. Exxon və “Qazprom” arasında əlaqələrin inkişafına məsul şəxs olub, Rusyanın “Dostluq” ordeni ilə təltif edilib.

1963cü il təvəllüdlü M.Pompeo hərbi xidmətini Almaniya Federativ Respublikası ilə Almaniya Demokratik Respublikasının sərhədində keçib. Hərbi xidmətini 1991-ci ildə kapitan rütbəsində bitirib. 1994-cü ildə Harvard Universitetinin hüquq fakültəsini bitirib. Sonradan vəkillik fəaliyyəti göstərib.

Mayk Pompeo

34 yaşında aviasiya, müdafiə və kosmik sənayeləri üçün əlavə hissələr istehsal edən “Thayer Aerospace & Private Security” şirkəti təsis edib. Kompaniyada 2006-cı ilə qədər işləyikdən sonra payını satıb və neft avadanlıqları istehsal edən “Sentry International” şirkətinə prezident təyin edilib.

2016-cı il noyabrın 18-də prezident Donald Tramp onu Mərkəzi Kəşfiyyat İdarəsinin direktoru təyin edib.

Mərkəz Kəşfiyyat İdarəsinin direktoru vəzifəsinə yeni təyinat alan Cina Qaspel 1956-cı ildə anadan olub və MKİ-də 1985-ci ildən işləyir. Müxtəlif vaxtlarda Məxfi Milli Xidmətin direktor müavini, MMX-nin xarici kəşfiyyat və gizli əməliyyatlar üzrə direktorunun müavini, direktorun qərargah rəisi vəzifələrini tutub. MKİ-nin direktor müavini vəzifəsinə 2017-ci ilin fevralında gətirilib. Elə həmin ilin iyununda Avropa Konstitusiya hüququ və insan haqları üzrə Mərkəzi Almaniyanın baş prokurorundan Cina Qaspelin həbs edilməsi üçün order verilməsini xahiş edib. C.Qaspel terrorizmdə şübhəli bilinən insanlara işgəncə verilməsində ittiham edilirdi. Orderə səbəb Tayland türməsində MKİ tərəfindən 83 dəfə işgəncəyə məruz qalmış Əbu Zübeydin işi olub. KİV-in məlumatına görə Cina Qaspel türmənin rəisi olub və sorğu-sualların yazılarını məhv edib. C.Qaspel həmçinin terrorizmdə şübhəli bilinən digər bir şəxs Abd əl-Rəhim əl-Nəşiriyə işgəncələrin verilməsinə nəzarət etməkdə şübhəli bilinib.

Ana səhifəXəbərlərİşgəncələrdə şübhəli bilinən qadın ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin direktoru olub