İşdən çıxarılan qadın nazirlərə müraciət edir (VİDEO)

İşdən çıxarılan Abşeron rayon sakini Arzu Rüstəmova yenidən Meydan Tv-yə müraciət edib. Onun sözlərinə görə, məlum reportajdan sonra Təhsil Nazirliyinin işçiləri onunla görüşüb və hadisəni araşdırdıqlarını bildiriblər. İşə bərpa olunub-olunmayacağından narahat olan qadın direktorun onu yenidən təhdid etdiyini deyir:

 “Məktəb direktoru birbaşa məni ora ölümə göndərmişdi. Oranın həkimi İntizar xanım da təsdiq edir ki, məni ora İlahə xanım saldırıb. Bundan böyük fakt lazım idi mi Təhsil Nazirliyinə? Yenə məni təhdid edir ki, mən gəlib, işləyəcəm. Amma sən işləməyəcəksən. Səni yenidən həmin “dəlixana”ya saldıracam, çıxamamaq üzrə.Mənim balalarıma da təsir edir. Gündə deyir, ana, İlahə xanım gəlib. Biz qorxuruq ki, o, səni yenə ora saldırar. Biz məktəbə getmək istəmirik”.

Təhsil nazirindən cavab gözləyən Arzu Rüstəmova ən çox birinci xanım Mehriban Əliyevaya güvəndiyini deyir:

 “Xahiş edirəm, Mikayıl Cabbarov yoldaş mənə qanuni bir cavab versin. Əsas da ən güvəndiyim yer Mehriban xanımdır. Birinci xanımımız. O, həmişə mənim arxamda durub. Mənə dəstək olub. Neçə dəfələrlə mənə yardım edib. Qazımı çəkdirib, evimin şəraitinə mənə yardım edib. Oğlum dünyaya gələndə, onun mənə köməkliyi olub. Hamısını ərizə ilə müraciət etmişəm. Orada var. Xahiş edirəm, Mehriban xanım yenə mənə köməkliyini göstərsin. Nə olar ki? Mən də anayam. Mən körpələrimi nə ilə dolandırmalıyam?”


Qadın  “dəlixana”da yaşadıqlarını unuda bilmədiyini deyir

“Bax, adicə həkimlər özləri yığılırdılar. Mandalini yeyib, qabıqlarını yerə tökürdülər. Xəstələr də onu yeyirdi. Bir gün mən onalara baxıb, dedim ki, mikrobdur, onu yeməyin. Yeməyəndə, oranın həkimləri, tibb bacılarının mənim belə deməyimə acıqları tutdu. Mandalini belə (ayağı ilə-red) əzdi. Zorla xirtdəyimə tutdu, dedi ki, sən bunu yeməlisən. Mən buna dözə bilmirdim də. Onlar məni döyürdülər, sonra murdar bir otağa salıb, bağlayırdılar. Dəhştət işgəncə verirdilər mənə”.


“İlahə mənə təklif elədi ki, min dollar verim…”

 “Nəyə görə hələ də İntizar həkim orada işləyir? İşlədiyindən əlavə, mənim evimə zəng vurub, deyir ki, gəl, ikimiz bir yerdə oturub, anlaşaq. Mən səni dəli qələmi ilə buradan çıxarsam, çıxarardım. İlahə mənə təklif elədi ki, min dollar verim, yaz ki, bunun psixoloji durumunda pozquntular var. Amma mən onu eləmədim. Mən xahiş edirəm ki, Səhiyyə Nazirliyi bunu ciddi araşdırsın. O həkimin orada işləməyi problemdir. Oradakı xəstələrə o həkim (İntizar Fərzəliyeva-red.) o qədər zülm verdirdir. Dəhşətdir. Nə olsun ki, onların ağılları işləmir. Onlar da bir ananın övladlarıdır”.


“O polis barədə ciddi tədbir görsünlər”

“Daxili İşlər Nazirliyindən şəxsən özüm xahiş edirəm ki, o polis barədə ciddi tədbir görsünlər. O gün çəkiliş gəlmişdi. Orada heç bir pəncərə qırılmamışdı. Amma o polis 3 körpəmi çığırda-çığırda məni maşına basırdı. Mən orada nə etmişəm ki, məni aparırdı o? Gəlsin, göstərsin, görüm, nə etmişəm?”

Təhsil Nazirliyi Meydan Tv-yə hadisənin araşdırıldığını deyir.  Daxili İşlər Nazirliyinin sözcüsü isə bildirir ki, Arzu Rüstəmova nazirliyə şəxsən ərizə ilə müraciət etməlidir.

Səhiyyə Nazirliyindən  də hadisənin araşdııldığını bildirirlər.

Qadının söylədiyinə görə,  problemi ilə bağlı reportaj yayınlanandan sonra, ona çoxsaylı dəstək zəngləri edənlər, evlərini ziyarətə gələnlər var. Onlar arasında  kimliklərini gizli saxlayan dövlət məmurları, məhşurlar, Ombudsman Aparatının işçiləri, pulsuz yardım etmək istəyən vəkillər, şikayətçiyə dəstək olmaq üçün dövlət qurumlarına müracitələr ünvanlayan sadə vətəndaşlar da var. Rüstəmova artıq bir vəkillə müqavilə imzaladığını deyir. Meydan Tv –nin  ikinci çəkilişi zamanı şikayətçini ziyarət etməyə  Facebookda “Xadimə Arzu Rüstəmovaya dəstək olaq” eventinin yaradıcıları da gəliblər. Eventin yaradıcısı Günel Məmədova hadisəni belə şərh edir:

 “Mikayıl müəllim, mən bir müəlliməm, xanımam əminəmki sizin öz ürəyiniz də bir Azərbaycan qadının təzyiqlərə, təhqirlərə məruz qalmağına yol verməzsiniz.  Bir kişi qadını belə hədələyə bilməz. Belə çıxır ki, sənin arxan yoxdusa,sənə qarşı bu cür vəhşilik eləməlidirlər.Kimin buna ixtiyarı var sual edirəm. Biz qanunları işləyən ölkəyiksə, nədi bu? Bir nəfər çıxsın buna caba versin”

Eventin iştirakçısı Rövşən Cəbiyev isə daxili işlər nazirinə müraciət edir:

 “Üzümü tutub daxili işlər nazirliyinə demək istəyirəm ki, məmur özbaşınalığına son demək lazımdır. Üç uşaq anası bir qadını ruhi dispanserə aparıb yerləşdirmək, orda ona təzyiqlər göstərmək, qadını döydürmək, səhhətində heç bir problem olmayan qadına hansısa iynələrdən istifaə etmək, ona işgəncə vermək, insanlığa sığası bir şey deyil”.

Arzu Rüstəmova çəkilişdən sonra Meydan Tv ilə əlaqə saxlayıb. Onun sözlərinə görə,  Sosial Müdafiə Fondunun Abşeron Rayon Şöbəsindən ona  zəng vurublar. Belə ki, Ombudsman Aparatının tapşırığı ilə epilepsiya xəstəsi olan Rüstəmova üçün pensiya kəsiləcəyini deyiblər.

Ana səhifəVideoİşdən çıxarılan qadın nazirlərə müraciət edir (VİDEO)