İşdən çıxarılan kitabxanaçı: “Hind filmlərində gördüyüm haqsızlıqlar başıma gəldi…”

İşdən çıxarılan kitabxanaçı: “Hind filmlərində gördüyüm haqsızlıqlar başıma gəldi…”

Kitabxanaçı Təranə Mahmudova ömrünün 27 ilini 286 nömrəli məktəbdə çalışaraq keçirib. Lakin artıq ikinci ildir ki, o, işsizdir. Buna isə məktəbin direktoru Samir Mehdizadənin qeyri-qanuni tələblərilə razılaşmamasının səbəb olduğunu deyir:

“2016-cı ilin avqust ayı idi. Yeni dərs ili üçün gələn dərslikləri aldıq. Səhər gəlib gördüm ki, həmin dərsliklərdən 806 ədədi yoxdur. Direktor bir qaimə fakturası uzatdı ki, buna qol çək. Razılaşmadım. Mən belə bir işin altına girə bilməzdim. Özləri qol çəkib kitabları yoxa çıxartdılar. Lakin direktor mənə qəzəbli qaldı. Bundan sonra tez-tez kitabxana otağına gəlib məni acılamağa başladı”.

Kitabxanaçı danışır ki, bundan bir neçə ay sonra direktoru onu şərləyərək işdən çıxarıb.

“Mənə dedi ki, “Yaşıl yarpaq” trendi keçirilir. Ora kitab vermək olar? Dedim, köhnə nəşrləri kisələrə yığıb qoymuşuq, gətirib verərəm. Kitabları aparandan sonra aktı götürüb yaxınlaşdım Samir müəllimin yanına. Samir müəllim isə tam tanılmaz oldu. Dedi, ağlın başında olardı, etməzdin. Akta qol çəkmədi, kitabxanaya yoxlama gətirdi və kitablar əksik çıxdı”.

Beləliklə, hər iki tərəf məhkəməyə müraciət edib. Direktor kitabxanaçıdan 17000 manat cərimə tələb edib. Qadın məhkəmədə cərimə iddiasından bəraət asla da, işdən qovulmasının önünə keçə bilməyib. 2018-ci ilin martında Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi ilə işinə xitam verilib.

Hazırda təhsil müəssisələri qapalı olduğundan məktəblə və bilavaitə direktorla əlaqə saxlaya bilmədik. Bakı şəhər Təhsil İdarəsindən mediaya verilən açıqlamada isə məsələnin araşdırıldığı və kitabxanaçının təqsirli olduğu deyilib. Qeyd olunub ki, məktəb kitabxanasından 1779,31 manat dəyərində dərs vəsaiti əksik gəlib və bu kitabxanaçının işini düzgün qura bilməməsinin nəticəsidir.

İşsiz qalan 60 yaşlı qadın hazırda nə haradasa yenidən işə düzələ bilir, nə də təqaüd alır. İndi ona təkcə məktəb illərindən olan xatirələri qalıb. Bir də baş verənləri düşündükcə təzələnən qəzəbi.

Ana səhifəVideoİşdən çıxarılan kitabxanaçı: “Hind filmlərində gördüyüm haqsızlıqlar başıma gəldi…”