İşçi Qrupunun üzvləri İlqar Məmmədovla görüşüb

Sahib Məmmədov hazırladığı hesabatı artıq Ədliyyə Nazirliyinə çatdırdığını dedi

Source:


Sahib Məmmədov hazırladığı hesabatı artıq Ədliyyə Nazirliyinə çatdırdığını dedi

Oktyabrın 22-də Ədliyyə Nazirliyi yanında İctimai Komitənin üzvləri Sabih Məmmədov və Rauf Zeyni 2 saylı Cəzaçəkmə Müəssisəsində ReAL sədri İlqar Məmmədovla görüşüblər.

Bu barədə Sahib Məmmədov Meydan TV-yə açıqlama verib.

O, görüşün detalları barədə danışmayıb: “Əvvəlcədən sizinlə razılaşmışdım ki, İlqar Məmmədovun vəziyyətinin əla, yaxud işgəncəyə məruz qalması barədə heç nə deməyəcəm. Bu barədə İlqar Məmmədovla da razılaşmamız olub. Sadəcə, Meydan TV və hüquq müdafiəçisi Arzu Abdullayeva məndən İlqar Məmmədovun vəziyyəti ilə maraqlanıb yayılmış məlumatı araşdırmağı xahiş etdi. Təbii ki, biz müəssisə rəhbərliyini xəbərdarlıq etmədən getdik və məhkumlardan kim istədisə, konfidensial söhbət etdik. İlqar müəllimə də dedim ki, əgər istəyirsə, görüşək. O, hazır olduğunu və çöldə görüşməmizi istədi, yarım saatdan çox söhbətimiz oldu. Ona bütün məlumatları bölüşdüyü üçün təşəkkür etdim. Bir daha deyirəm, o özü də söhbətimizin ictimailəşməsini istəmədi, bu baxımdan ətraflı danışmayacam. Onsuz da vəkili hər şeyi deyib. Mən yalnız hesabatı Ədliyyə Nazirliyinə verirəm”.

Sahib Məmmədov hazırladığı hesabatı artıq Ədliyyə Nazirliyinə çatdırdığını deyib.

Ana səhifəXəbərlərİşçi Qrupunun üzvləri İlqar Məmmədovla görüşüb