Azərbaycanda Siyasi Məhbusların Vahid Siyahısı üzrə İşçi Qrupu açıqlama yayıb
Azərbaycanda Siyasi Məhbusların Vahid Siyahısı üzrə İşçi Qrupu 12-14 iyul tarixlərində Azərbaycan-Ermənistan sərhədinin Tovuz rayonu istiqamətində baş verən hadisələrlə bağlı açıqlama yayıb.
Açıqlamada deyilir ki, ölkə əhalisi baş verənləri hiddətlə qarşılayıb, bir sıra şəhər və rayonlarda əhali kütləvi şəkildə küçələrə çıxıb səfərbərlik, ordu ilə həmrəylik və ərazi bütövlüyünə dəstək şüarları səsləndirib, yürüş edib. İşçi Qrupu aksiya zamanı kiçik bir qrupun Milli Məclisin inzibati binasına daxil olduğunu, avadanlığa zərər vurduğunu, polis avtomobili aşırıldığını xatırladıb:
“Nəticədə hadisə yerinə gətirilən polis qüvvələri nümayişçiləri su şırnağı və dəyənəklərdən istifadə etməklə dağıdıb. Aksiya iştirakçılarından xəsarət alanlar var”.
İşçi Qrupu Prezident İlham Əliyevin
15 iyul müşavirəsi
ndəki çıxışından misalları xatırladıb və səhəri gün 7 AXCP fəalının həbs olunduğunu qeyd edib.
Açıqlamada aksiyanı işıqlandıran
jurnalistlər
Anar Abdulla və Firudin Səlimov, ictimai fəal Elvin Cəbizadənin də saxlanılanlar arasında olduğu bildirilib:
“Onların milli və beynəlxalq qanunvericiliklə təminat verilən bir sıra təməl hüquqları kobud şəkildə pozulub. Bundan əlavə, aksiyadan bir gün sonra Baş Prokurorluq və Daxili İşlər Nazirliyinin bəyanatında gecə saatlarında baş vermis təxribat hərəkətləri nəticəsində “7 polis əməkdaşına müxtəlif dərəcəli bədən xəsarətləri yetirildiyi, 2 xidməti avtomobilin aşırılaraq yararsız hala salındığı, daha 13 xidməti avtomobilə və toplantının keçirildiyi ərazinin yol infrastrukturuna ciddi ziyan vurulduğu” bildirilib. Məlumatda fakt üzrə Baş Prokurorluq tərəfindən Cinayət Məcəlləsinin 220-ci (kütləvi iğtişaş) və 315-ci (hakimiyyət nümayəndəsinə qarşı müqavimət göstərmə və ya zor tətbiq etmə) maddələri ilə cinayət işi başlanılaraq istintaq aparıldığı, aksiya iştirakçılarından bəzilərinin saxlanıldığı əks olunub. Təəssüf ki, məlumatda həbs olunanlar və onların harada saxlanmaları barədə heç bir məlumat verilmir. Saxlanılanların vəkillərinin, yaxınlarının, həmçinin ictimaiyyətin bu barədə hüquq-mühafizə orqanlarından məlumat almaq cəhdləri isə uğursuz nəticələnib”.
İşçi Qrupu Milli Məclisin qarşısında baş verən hüquq pozuntuları ilə bağlı obyektiv və qərəzsiz araşdırma aparılmasını; saxlanılanların müdafiəçiyə çıxış və yerli və beynəlxalq hüquqla təminat verilən haqlarının təmin edilməsini; hakimiyyətin öz opponentlərini qanunsuz cinayət təqiblərinə məruz qoymaq praktikasına dərhal son qoyulmasını, heç bir günahı olmadıqları halda siyasi motivlərlə həbs olunan bütün fəalların dərhal azad olunmasını tələb edir.
Eyni zamanda, İşçi Qrup son dövrlər Prezident İlham Əliyevin kütləvi çıxışlarında nifrət nitqlərinin praktikaya çevrilməsindən xüsusi narahatlığını bölüşməklə yanaşı, bu cür ritorikanın demokratiya, hüququn aliliyi və insan haqlarına zidd olduğunu bəyan edir. İşçi Qrup Azərbaycan hakimiyyətini insan hüquq və azadlıqları ilə bağlı ölkənin üzərinə götürdüyü öhəlikləri yerinə yetirməyə, açıq xarici təhdid qarşısında ölkədə gərginliyin artmasına səbəb olan addımlardan çəkinməyə, siyasi mühiti sivil müstəviyə qaytarmağa, hüquq-mühafizə orqanlarını və məhkəməni siyasi təqiblərə alət etməməyə, ölkədəki siyasi məhbusları dərhal azad etməyə çağırır. İyulun 15-i gecə saatlarında baş vermis təxribat hərəkətləri nəticəsində “7 polis əməkdaşına müxtəlif dərəcəli bədən xəsarətləri yetirildiyini, 2 xidməti avtomobilin aşırılaraq yararsız hala salındığını, daha 13 xidməti avtomobilə və toplantının keçirildiyi ərazinin yol infrastrukturuna ciddi ziyan vurulduğunu” bildirib. Məlumatda fakt üzrə Baş Prokurorluq tərəfindən Cinayət Məcəlləsinin 220-ci (kütləvi iğtişaş) və 315-ci (hakimiyyət nümayəndəsinə qarşı müqavimət göstərmə və ya zor tətbiq etmə) maddələri ilə cinayət işi başlanılaraq istintaq aparıldığı, aksiya iştirakçılarından bəzilərinin saxlanıldığı əks olunub. Təəssüf ki, məlumatda həbs olunanlar və onların harada saxlanmaları barədə heç bir məlumat verilmir. Saxlanılanların vəkillərinin, yaxınlarının, həmçinin ictimaiyyətin bu barədə hüquq-mühafizə orqanlarından məlumat almaq cəhdləri isə uğursuz nəticələnib.