“İşçi Qrup İlqar Məmmədovun döyülməsi faktını müzakirə edir”

Sahib Məmmədov: “Əgər İlqar Məmmədova qanuni güc tətbiq ediblərsə, jurnalda yazılmalıdır”

Source:


Sahib Məmmədov: “Əgər İlqar Məmmədova qanuni güc tətbiq ediblərsə, jurnalda yazılmalıdır”

Ədliyyə Nazirliyi yanında İctimai Komitənin üzvü Sahib Məmmədov ReAL sədri İlqar Məmmədovun 2 saylı Cəzaçəkmə Müəssisəsində döyülməsindən xəbərdardır və İşçi Qrupunda olayı müzakirə edirlər.

Bu barədə Meydan TV-yə danışan Sahib Məmmədovun sözlərinə görə, İlqar Məmmədovun özü və ya vəkili müraciət edərsə, onunla görüşə bilərlər: “Mən açıqlama verməmək şərtilə İlqar Məmmədovla görüşüb məsələni aydınlaşdırardım. Çünki açıqlama verməmək məhbusun mənafeyinə uyğundur. Bununla belə, İlqar Məmmədovun qarşılaşdığı durumu hesabatıma daxil edib Ədliyyə Nazirliyinə təqdim edəcəm”.

“Əgər məhbusun vəkili baş prokurora və ədliyyə nazirinə müraciət edirsə, İctimai Komitə üzvü kimi hərəkət edə bilməzsinizmi” sualına Sahib Məmmədov cavab verdi ki, o, heç kimi xəbərdar etmədən komitənin bir üzvü ilə 2 saylı Cəzaçəkmə Müəssisinə gedib, məsələni araşdıra bilər: “Ancaq İlqar Məmmədovun mənimlə görüşüb-görüşməmək istədiyini bilmirəm. Bilirsiniz, onun təmsil olunduğum qurumların legitimliyinə şübhəsi var, bəyənmir. Buna baxmayaraq, mən olayı araşdıracam və zərurət olsa onunla görüşəcəm”,-deyə S.Məmmədov bildirib

Sahib Məmmədov deyib ki, Cəzaların İcra Məcəlləsi və daxili intizam qaydalarına görə administrasiyanın ayrı-ayrı hallarda güc tətbiq etmək hüququ var. Amma tətbiq olunan güc birinci jurnalda qeyd olunmalı, ikinci də adekvat olmalıdır: “Ona görə də bu məsələlərdə diqqətli olmaq lazımdır. Əgər İlqar Məmmədova qanuni güc tətbiq ediblərsə, jurnalda yazılmalıdır. Jurnalda yazılmayıbsa, bu, qeyri-qanunidir və vəzifəli şəxs cinayət məsuliyyəti daşıyır: Ona görə məsələni araşdırsam, məhkumların mənafeyi baxımından açıqlama verməyəcəm, yalnız hesabata daxil edəcəm. Çünki olay artıq mətbuatda yayılıb”.

Ana səhifəXəbərlər“İşçi Qrup İlqar Məmmədovun döyülməsi faktını müzakirə edir”