İşçi fəalı Baş Narkotiklərlə Mübarizə İdarəsinə çağırılıb

Sara Rəhimova – Foto: Şəxsi Facebook səhifəsi

“İşçi Masası” Həmkarlar İttifaqları Konfederasiyasının idarə heyətinin üzvü Sara Rəhimova  DİN-in Baş Narkotiklərlə Mübarizə İdarəsinə çağırılıb. Rəhimovanın sosial media hesabında yazdığına görə onun barəsində şikayət daxil olub:

Sosial mediada paylaşım edəndən sonra polis mayoru Anar Babayev yenidən Sara Rəhimovaya zəng edərək onun barəsində paylaşım etdiyinə görə şikayət edəcəyini bildirib.

Bu barədə Meydan TV-yə Sara Rəhimova özü məlumat verib.

Telefon danışığında Sara Rəhimova deyib ki, evinə çağırış barədə bildiriş gəlmədiyi üçün və vəkili xaricdə olduğuna görə Baş Narkotiklərlə Mübarizə İdarəsinə bir neçə gün sonra gedəcək.

Sentyabrın 23-də Meydan TV-də dərc olunmuş “AzParking”in işçiləri: 8 saat ərzində bir dəfə tualetə buraxırlar, etiraz edəni isə işdən çıxarırlar” adlı məqalədə Sara Rəhimova əmək hüquqları üzrə ekspert kimi danışmışdı. Sara Rəhimova bildirmişdi ki, bu kimi hallar ölkədə əmək qanunvericiliyinə nəzarətin zəif olması ilə əlaqədardır. 

Ana səhifəSiyasətİşçi fəalı Baş Narkotiklərlə Mübarizə İdarəsinə çağırılıb