“İsaxan Aşurov” mükafatı Yadigar Sadıqova verildi

Sülh və Demokratiya İnstitutu təsis etdiyi “İsaxan Aşurov” mükafatının təqdimetmə mərasimi keçirib. Mükafat Müsavat Partiyasının Həbsdə olan başqan müşaviri olan Yadigar Sadıqova verilib.

Source:


Sülh və Demokratiya İnstitutu təsis etdiyi “İsaxan Aşurov” mükafatının təqdimetmə mərasimi keçirib.

Martın 7-də Sülh və Demokratiya İnstitutunun təsis etdiyi “İsaxan Aşurov” mükafatının təqdimetmə mərasimi keçirilib. Mükafat Müsavat Partiyasının həbsdə olan başqan müşaviri olan Yadigar Sadıqova verilib. Meydan TV-nın əməkdaşının verdiyi məlumata görə, mərasimdə tanınmış siyasətçilər, hüquqşünaslar və ictimai-siyasi xadimlər iştirak edir.

Mükafat Yadigar Sadıqovun anası Gövhər Sadıqovaya təqdim olunub.

Qeyd edək ki, “İsaxan Aşurov” mükafatı 2013-cü ildə siyasi məhbus, Hilal Məmmədova verilmişdi. Hilal Məmmədov Cinayət Məcəlləsinin 234.4.3-cü (Qanunsuz olaraq külli miqdarda narkotik vasitələri, psixotrop maddələri və ya onların prekursorlarını hazırlama, istehsal etmə, əldə etmə, saxlama), 274-cü (dövlətə xəyanət) və 283-cü (milli, irqi, sosial və ya dini nifrət və düşmənçiliyin salınması) maddələri ilə ittiham olunaraq 5 il azadlıqdan məhrum edilib. Müsavat başqanın müşaviri Yadigar Sadıqov isə 2013-cü il iyunun 27-də həbs olunub və bu il yanvarın 13-də 6 il xuliqanlıq maddəsi ilə ittiham olunaraq azadlıqdan məhrum edilib.

“İsaxan Aşurov” mükafatı 2012-ci il iyunun 23-də yaradılıb. Məşhur vəkil İsaxan Aşurov iki il əvvəl dünyasını dəyişib.

Ana səhifəXəbərlər“İsaxan Aşurov” mükafatı Yadigar Sadıqova verildi