“Kimin daha layiqli olmasına sentyabrın 27-də keçiriləcək qurultayın nümayəndələri səsvermə yoluyla qərar verəcək”
Müsavat Partiyasının başqanı İsa Qəmbərin mühacirətdə yaşayan qardaşı Rövşən Qəmbər partiyanın yeni başqan postu uğrunda gedən mübarizədə dəstək verəcəyi namizədin adını açıqlayıb.
Rövşən Qəmbər bununla bağlı yaydığı müraciətdə bildirib ki, Arif Hacılı, Səxavət Əlisoy, Tural Abbaslı də Müsavat Partiyasının başqanı olmağa layiq vətəndaşlardır və kimin daha layiqli olmasına sentyabrın 27-də keçiriləcək qurultayın nümayəndələri səsvermə yoluyla qərar verəcək.
“Lakin Qubad İbadoğlu çox istedadlı, ədalətsevər, ləyaqətli, ingiliscə yaxşı danışan, dünyada ən çox tanınmış, qlobal beynəlxalq təşkilatların işində iştirak etmiş, enerjili gənc vətəndaşlarımızdandır. Ona görə də hesab edirəm, başqan Qubad bəy olmalıdır” – deyə Rövşən Qəmbər müraciətini bu fikirlərlə bitirib.