İsa Qəmbər: “Hakimiyyətin yaratdığı xofu cəmiyyətdən götürmək lazımdır”

“Rauf Mirqədirov heç zaman vətənə xəyanət etməz”

Source:


“Rauf Mirqədirov heç zaman vətənə xəyanət etməz”

İsa Qəmbər düşünmür ki, prezident İlham Əliyevin 17 oktyabrda Eldar Mahmudovun vəzifəsindən azad olunması ilə bağlı sərəncamı Rauf Mirqədirovun məhkəməsinə hər hansı təsir göstərsin.

Bu barədə Meydan TV-yə danışan Müsavat Partiyasının sabiq başqanı deyir ki, siyasi-iqtisadi vəziyyəti götürdükdə  ölkədə bir seçicinin olduğunu bilin, o da İlham Əliyevdir: “MTN, DİN, Vergilər, Səhiyyə, Fövqəladə, ümumiyyətlə, bütün nazirliklər bir adamın qərarı ilə işləyir. Ona görə sabiq MTN rəhbərinin işdən çıxarılması, yaxud həbs olunması situasiyanı dəyişmir. Həmin bir adam qərarı qəbul edir. Ona görə həbslərin onun sifarişi ilə olduğunu düşündüyüm üçün kiminsə işində dəyişiklik olacağını gözləmirəm. Önəmlisi odur ki, ayrı-ayrı siyasi fəallara, jurnalistlərə qarşı narkotik, xuliqanlıq ittihamları yalan olduğu kimi casusluq ittihamı da yalandır. Bax, bunu ictimaiyyətə demək və bu ittihamın yaratdığı xofu da cəmiyyətdən götürmək lazımdır”.

İsa Qəmbər Rauf Mirqədirovu tanıdığını və onu istedadlı, cəsur jurnalist hesab etdiyini dedi: “O, fəaliyyət göstərdiyi bütün media orqanlarında da Müsavat Partiyasına qarşı xüsusi rəğbət hiss etdirməyib, hər zaman əleyhimizə yazıb. Amma mən bilirəm ki, Rauf Mirqədirov heç zaman vətənə xəyanət etməz və Azərbaycanın maraqlarına qarşı çıxmaz. ”

Ana səhifəXəbərlərİsa Qəmbər: “Hakimiyyətin yaratdığı xofu cəmiyyətdən götürmək lazımdır”