İsa Qəmbər “Əliyev rejimi öz xalqına nifrət edir” [ VİDEO ]

“Mən qalmışam iki daş arasında, anası orda aclıq edir, övladımız da Kürdəxanıda, gözdən, nəzarətdən uzaq bir yerdə”.

Azərbaycanın ən gənc siyasi məhbusu Şahin Novvruzlunun atası İbrahim Novruzlu, NİDA-çı gənlərin həbsxanada aclıq aksiyasına dəstək olaraq analarının da bu etiraza qoşulmasından danışır. Onun sözərinə görə, gənclərin beş gündür ac qalmaları səhhətlərinə də mənfi təsir edib:

 “Eşitdiyimə görə Zaur anası ilə danışıb. Orda Bəxtiyar Quliyevin vəziyyəti pisləşib. Həbsxanada olduqlarına görə məlumatımız da yoxdur. Ən pisi də odur ki, Şahin bir gün aclıqdan sonra zəng edib dedi yaxşıyam. Amma 4 günün aclığı ilə bir gününki bir deyil. Ona görə də çox narahatam və sıxıntılar keçirirəm. Zaurun anasının dediyinə görə hələ ki, heçbirinin üzərinə həkim getməyib. Sadəcə Bəxtiyar üçün həkimə müraciət olunub. Onlar bir-birlərini görə bilmirlər. Bir-birlərindən xəbərləri yoxdur”.

Aprelin 20-dən NİDA-çıların valideynləri Müsavat Partiyasının qərargahında aclıq aksiyasına start veriblər. Zaur Qurbanlının anası Səkinə Qurbanova deyir ki, onlar bu aksiyanı övladları azad edilməyənəcən dayanadırmayacaqlar.


Siyasi məhbus Zaur Qurbanlının anası:”Bu uşaqlar dərhal azad olmalıdır”

“Biz uşaqlara görə etmirik, onlara qondarma məhkəmələrdən sonra 6-8 il iş oxuyublar. Biz ona görə aksiya keçirdik ki, bizim uşaqlar günahsızdır. Bir il iki aydır yalandan yatızdırıblar içəridə, bəsdir! Onlar dərhal azad olunmalıdırlar. Onlar azad olunana qədər şəxsən mən aksiyanı davam etdirəcəm”.

Zaurla bu gün danşıdğını bildirən Səkinə Qurbanova deyir ki, oğlunun səsindən hiss olunurdu ki, onun da səhhətində probelm yaranıb:

 “Özü dedi ki, qorxma,  hər şey yerindədir. Bəxtiyar Quliyevin və özünün vəziyyəti yaxşı deyil. Dedi ki, səhər həkim çağırtdırmışam. O asmadır, böyrək çatışmazlığı və qan xəstəliyi var. Uşağım orda, mən bunu qəbul edə bilməzdim. Hakimiyyətdən tələb edirik ki, bizim uşaqları azad etsinlər”.

Nidaçı gənclərin öz valideynlərinə aclığı dayandırmağı təklif etməsinə isə qadınların cavabı birməanlı oldu:

 “Bizim bir məqsədimiz də odur ki, uşaqlar içəridə aclıq aksiyasını dayandırsınlar. Onlar sona qədər gedəcəklərini bəyan ediblər. Biz də onlarla bərabər sona qədər davam edəcəyik”,-deyə, siyasi məhbus Şahin Novruzlunun anası Məhbubə Novruzlu bildirib.

Rəşadət Axunodvun anası Mətanət Axundova isə bildirir ki, o aclıq aksiyasına övladları başlayandan start verib:



“Sonra Səkinə xanımla əlaqə saxladıq. Dedi evdə olmaz. O təşəbbüs göstərdi, biz də qoşulduq. Buna biz laqeyid qala bilməzdik ki, bu dərəcədə uşaqlara haqsızlıq oldu. Bir il iki aydır heç bir günah olmadan türmədə yatırlar. Üstəlik də prokurorun bu qədər iş istəməsi bizi vadar elədi ki, biz buna etiraz edək, ədalətli qərar çıxartsınlar. Nə qədər çatsa, onların yolunda ölümə də hazırıq. Oğlumuz yazıb ki ya burdan cəsədimz çıxmalıdır, ya da azad olmalıyıq”.

Valideynləri ziyarətə gələn siyasi partiya rəhbərləri bildirilər ki, belə aksiyalrın keçirilməsi hakimiyyətdən çox cəmiyyətə mesaj olur:

 “Dünən Amerikanın konqresinin nümayəndə heyəti ilə görüşdüm. Onlarla söhbətdə bu gənclərin həbsinə də toxunuldu. NİDAçılarla bağlı bilgilidirlər. Onlar bilirlər ki belə bir vəziyyət yaranıb. Bu aksiyanın cəmiyyətə mesajını çatdırsınlar amma öz sağlamlıqlarını unutmasınlar. Müsavat Partiyası gənclər həbsdə olandan onlara dəstək verib”,deyən, Müsavat Partiyasının rəhbəri İsa Qəmbər əlavə edib ki, o NİDA-ya həmişə dəstək olub:

“Mən özüm rəsmi qərar verim ki, NİDAnın üzvü olum və bununla bağlı rəsmi bəyanat da verdim”

ÜMİD Partiyasının İcra Aparatının sədri Nəsimi Məmmədov da valideynləri ziyarət edənlər sırasında olub və bildirib ki, bundan sonra partiyaları proseslərdə daha aktiv iştirak edəcək:

“Partiyanın sədri İqbal Ağazadə parlamentdə bütün dövlət orqanlarından tələb edib ki, qeyd-şərtiz bu günahsız gənclər azadlığa buraxılsın. Biz də partiya olaraq çox intensiv bəyanatlar vermişik. Biz düşünürüdük ki, yəqin ki, hakimiyyət bir qədər ədalətli davranar. Təəssüflər olsun ki, belə bir qərarın qəbul edilməsi bizi ağrıdır. Özümüz də bu barədə müzakirə aparıb, müvafiq qərarlar qəbul edəcəyik. Bundan sonra daha aktiv şəkildə proseslərin içində yer alacağıq”.

Aksiya zamanı Səkinə Qurbanovanın və Məhbubə Novruzlunun durumu ağırlaşıb. Təcili yardımın 103 xidmətindən isə bildirilib ki, icazəsiz gələ bilməyəcəklər.

Ana səhifəVideoİsa Qəmbər “Əliyev rejimi öz xalqına nifrət edir” [ VİDEO ]