“Kənardan necə görünməsindən asılı olmayaraq, əslində savaş Əliyev rejimi ilə Müsavat arasında gedir”
Müsavat Partiyasında narazılıqların qarşıdurma müstəvisinə keçidi istefalarla və partiyadan çıxarılmalarla nəticələndi. Amma bu prosesdə susqunluq nümayiş etdirən partiyanın sabiq başqanı, VIII qurultayın Təşkilat Komitəsinin sədi İsa Qəmbər noyabrın 19-da Facebook səhifəsində 1 cümləylə münasibətini bildirib.
İsa Qəmbər “Kənardan necə görünməsindən asılı olmayaraq, əslində savaş Əliyev rejimi ilə Müsavat arasında gedir”,- deyərək son hadisələrə fikrini ifadə edib.
Sentyabrın 27-də keçirilən VIII qurultayda Arif Hacılı 28 səs çoxluğuyla Qubad İbadoğluya qalib gəlmişdi. ancaq ikincilər qurultaydan əvvəl də, səsvermə zamanı pozuntuların olduğunu iddia edirlər.