21 noyabrda AXCP Ali Məclisinin sədri Həsən Kərimov Dədə Qorqud qəsəbəsində yerləşən qəbristanlıqda övladlarının yanında dəfn edilib. Dəfn mərasimində siyasi liderlər, vətəndaş cəmiyyətinin fəalları iştirak ediblər.
Həsən Kərimov ötən gün ürək tutmasından vəfat edib.
O, 1954-cü il mayın 28-də Qazax rayonunun Köçəsgər kəndində anadan olub. H.Kərimov milli azadlıq hərəkatının öncül şəxslərindəndir.
Əbülfəz Elçibəyin prezidentliyi dönəmində Səbail Rayon İcra Hakimiyyətinin başçısı olub. Sonrakı illərdə AXCP təşkilat şöbəsinin müdiri, partiya sədrinin müavini postlarını tutub, 2009-cu ildə AXCP Ali Məclisinin sədri seçilib.
Bu yazı 9 ildən çoxdur ki, yayımlanıb.
Yayımlandı: 21 Noyabr 2015 20:44