Oktyabrın 8-də prezident İlham Əliyev Nazirlər Kabinetinin 2014-cü ilin 9 ayındakı sosial-iqtisadi inkişafın yekunlarına dair iclas keçirib. Prezident çıxışında bildirib ki, ötən 9 ay ərzində Azərbaycanda100 min iş yeri açılıb.
İqtisadçı ekspert Rövşən Ağayev isə deyir ki, məlum statistikanın şəffaflığını təmin etmək üçün həmin iş yerləri peşələrə görə açıqlanmalıdır:”Bunun çox sadə yolu var. Statistika ölkədə bütün regionlar üzrə hər ay işsizliyin monitorinqini aparır və elan edir. Həmçinin, burada açılan iş yerlərini peşələrə görə də elan edir. Azərbaycanda peşələr və ixtisaslara görə məşğulluğun və iş yerlərinin strukturu olmadığına görə, bu rəqəmlər həmişə belə deyək ki, xüsusən araşdırmaçılar tərəfindən xeyli ələştirilir və müzakirə olunur”.
R.Ağayev bildirir ki, hökümət mövsümi xarakterli iş yerlərini və VÖEN açdırmış şəxslərin obyektlərinidə yeni iş yeri kimi qeydiyyata alır: “Burada ikili status var. Bir tərəfdən mən sahibkar kimi vergi ödəyirəm, digər tərəfdən muzdlu işçi kimi xidmət göstərirəm. Yəni xidməti özüm göstərirəm. Bu halda, onun bu xidmətinin iş yeri kimi sayılması problem deyil. Normalda o, kimə isə xidmət göstərir. Və şübhəsiz ki, bizdə bu, statistikada çox böyük bir göstəricidir. Səhv etmirəmsə, vergi orqanlarının bazasında 600 min nəfərə qədər VÖEN əsasında çalışan insanlar var”.
Maraqlıdır, şəhər sakinlərinin bu iş yerlərindən xəbərləri varmı?