İş adamı Nizami Piriyev dələduzluqda ittiham olunur

Onun barəsində 3 ay 24 günlük həbs qətimkan tədbiri seçilib

Source:

“Nizami Piriyevin barəsində cinayət işi başlanılıb, hazırda mən işlə tanış oluram”. Bunu

APA

-ya açıqlamasında həbsdə olan iş adamı Nizami Piriyevin vəkili Muxtar Mustafayev deyib.

 M. Mustafayev bildirib ki, N. Piriyevin barəsində Cinayət Məcəlləsinin 178.3.2-ci (külli miqdarda ziyan vurmaqla dələduzluq törətmə) maddəsi ilə cinayət işi başlanılıb: “Onun barəsində 3 ay 24 gün müddətinə həbs qətimkan tədbiri seçilib. Başqa saxlanılan şəxslərin olub-olmamasını bilmirəm. İşlə bağlı vəsatətlərimiz, şikayətlərimiz olacaq”.

N. Piriyev PNN Group” şirkətinin təsisçilərindəndir. “PNN Group” şirkətinin əsas aktivləri neft kimyası sənayesində və metanol istehsalı sahəsində fəaliyyət göstərən “AzMeCo” şirkətindədir.

“PNN Group” “De Beers” və “Hamley’s” brendlərinin tərəfdaşıdır. Nizami PiriyevAzərbaycanda “KFC” restoranlar şəbəkəsinin də qurcularındandır.

“PNN Group”un digər sahibi onun oğlu Nəsib Piriyevdir.

Ana səhifəXəbərlərİş adamı Nizami Piriyev dələduzluqda ittiham olunur