Prokurorluq işçiləri cümə günü saat 11.00-da ofisə gəliblər, saat 17.00-da sənədlərin müsadirəsi davam edirdi
Sentyabrın 5-də günün ikinci yarısında prokurorluq işçiləri Amerikanın İREX təşkilatının ofisinə gəliblər. Onlar məhkəmə qərarı göstərərək, avadanlıqları – bütün elektron daşıyıcıları, habelə bu QHR-nin sənədlərini müsadirə etməyə başlayıblar.
Məlumatlı mənbələrdən “Turan İA”-a daxil olan məlumata görə, prokurorluq işçiləri cümə günü saat 11.00-da ofisə gəliblər, saat 17.00-da sənədlərin müsadirəsi davam edirdi.
İREX-dən şərh almaq mümkün olmayıb, təşkilatın telefonları cavab vermir.
Baş Prokurorluğun mətbuat xidmətindən də şərh almaq mümkün olmayıb.
Xatırladaq ki, iyulda İREX-in bank hesabları dondurulub, təşkilat nümayəndəliyinin rəhbəri isə ölkəni tərk edib.
Baş Prokurorluğun Ağır Cinayətlər üzrə İstintaq İdarəsində may ayından etibarən bir sıra yerli və xarici QHT-lərə qarşı cinayət işi aparılır. Bu iş çərçivəsində artıq dörd hüquq müdafiəçisi həbs edilib.
Qeyd edək ki, İREX Azərbaycan KİV və QHT-ləri üçün əsas xarici donorlardan biridir.