İrəvanda silahlı dəstənin üzvləri təslim olub

Silahlı dəstənin lideri Pavel Manukyan 2 ay müddətinə həbs olunub

Source:


Silahlı dəstənin lideri Pavel Manukyan 2 ay müddətinə həbs olunub

İyulun 31-də polis post-patrul xidməti alayını ələ keçirmiş “Sasna Trer” silahlı dəstəsinin üzvləri təslim olub, 20 terrorçu həbs edilib. Bu barədə

Regnum

agentliyi məlumat yayıb.

Məlumata görə, sonuncu ana qədər polis Ermənistan Milli Təhlükəsizlik Xidməti ərazini ələ keçirənləri terrorçu yox, silahlı dəstə adlandırırdı.

Ancaq dəstənin liderlərindən Varujan Avetisyan bildirib ki, xalq etirazı davam edir: “Biz ölkəmizin Rusiyanın quberniyasına çevrilməsinə imkan verməyəcəyik. Qələbənin yaxında olduğunu hiss edirik və erməni xalqını növbəti addım atmağa çağırırıq. Biz yalnız qığılcımıq, erməni xalqı daha böyük addım atacaq. Təəssüf ki, xalqımız yoruldu, inqilabçılar həbsxanadadır, amma ordan qalib kimi çıxacaq. Biz əmrə tabe olan olan əsgərə silah qaldıra bilmərik, o, doğru əmr olmasa da”.

Son məlumata görə, silahlı dəstənin lideri Pavel Manukyan 2 ay müddətinə həbs olunub. Bu barədə onun vəkili İnessa Petrosyan məlumat verib.

İyulun 17-dən polis idarəsini nəzarətə götürmüş silahlı dəstə prezident Serj Sarkisyanın da istefasını tələb edirdilər.

Ana səhifəXəbərlərİrəvanda silahlı dəstənin üzvləri təslim olub