İrəvanda avtobusun partlamasına səbəb bomba olub (VİDEO) (yenilənib)

Ermənistanın paytaxtı İrəvanda avtobusun partlaması nəticəsində ilkin məlumata görə, 3 nəfər ölüb, 6 nəfər yaralanıb

Source:

————————————————————————————–

Bazar ertəsi axşamı İrəvanda sərnişin avtobusunun partlayışının səbəbi, ilkin məlumatlara görə, bomba olub, hadisə yerində jurnalistlərə Ermənistan polis rəisi Vladimir Qasparyan deyib.

Onun sözlərinə görə, partlayış mənbəyi avtobusun sağ tərəfində ikinci oturacağın yanında olub. Polisə partlayıcı qurğunun sərnişinlərdən birinin üstündə yaxud avtobusda qoyulduğu məlum deyil. Hazırda müşahidə kameralarının görüntüləri öyrənilir.

Ermənistan Fövqəladə Hallar Nazirliyinin (FHN) məlumatına görə, partlayış aprelin 25-də saat 21:50 radələrində Halabyan küçəsində 63 saylı marşrut üzrə işləyən “Boqdan” markalı avtobusda baş verib.

Avtobusda, sürücü də daxil olmaqla, 9 nəfər olub. Partlayış nəticəsində 2 nəfər ölüb. Bir nəfər tibbi yardım aldıqdan sonra xəstəxananı tərk edib. Zərərçəkənlərin hamısı Ermənistan vətəndaşlarıdır.


BBC Azərbaycanca

—————————————————————————————

Ermənistanın paytaxtı İrəvanda avtobusun partlaması nəticəsində ilkin məlumata görə, 2 nəfər ölüb, 7 nəfər yaralanıb.

Bu barədə Ermənistanın Fövqəladə Hallar Nazirliyinin məlumatında bildirilir.

Hadisə Alabyan küçəsində baş verib. İnsidentin baş verdiyi yerə Böhranlı Vəziyyətlərdə İdarəetmə Milli Mərkəzinin əməliyyat qrupu, iki hərbi və xüsusi təyinatlı xilasetmə dəstəsi cəlb olunub.

Hadisənin digər təfərrüatları məlum deyil.

Ana səhifəXəbərlərİrəvanda avtobusun partlamasına səbəb bomba olub (VİDEO) (yenilənib)