İrəvanda atışma olub, yaralananlar var

“Sasna Tsrer” Ermənistan prezidenti Serj Sarkisyanın istefasını və siyasi məhbusların azadlığa buraxılmasını tələb edir

Source:
Foto: Tert.am
Foto: Tert.am

İyulun 29-da Ermənistanın paytaxtı İrəvanda polislə “Sasna Tsrer” qrupu arasında atışma baş verib.

“tert.am” saytı Ermənistan Polisinin mətbuat xidmətinin rəhbəri Aşot Arahonyana istinadən yazıb ki, atışma nəticəsində polis şöbəsini nəzarətdə saxlayan “Sasna Tsrer” qrupunun üzvü, “Tənha canavar” ləqəbli Arayik Xandoyan yaralanıb. “Panarmenian.net” yazıb ki, Xandoyan karabağ müharibəsi əlilidir. O, həmçinin “Təsisedici Parlament” qrupunun üzvüdür.

Özünü “Sasna Tsrer” adlandıran radikal müxalif qrupu iyulun 23-də polis idarəsinin binasına hücum edərək bir neçə polis işçisini, iyulun 27-də tibbi yardıma gələn 4 nəfərdən ibarət tibb personalını girov götürüb. Bir gün sonra tibb baçılarından biri girovluqdan azad edilib. İki həkim, və bir tibb baçısı hələ də girovluqda saxlanılır.

Ermənistan Səhiyyə Nazirliyi bəyanat yayaraq, polis şöbəsində saxlanılan girovların azadlığa buraxılmasını tələb edib.

“Sasna Tsrer”qrupu “Təsisedici Parlament” qrupunun təsisçisi Jirar Sefilianın azadlığa buraxılmasını, Ermənistan prezidenti Serj Sarkisyanın istefasını, keçid hökumətinin yaradılmasını və siyasi məhbusların azadlığa buraxılmasını tələb edir.

Ana səhifəXəbərlərİrəvanda atışma olub, yaralananlar var