İraq xarici işlər nazirinin müavini Bakıdadır
“İraqda olan azərbaycanlı uşaqlar və qadınlarla bağlı İraq hökuməti olaraq danışıqlar aparmağa, bu məsələni müzakirələr keçirməyə hazırıq”.
APA-nın
məlumat
ına görə, bunu İraq xarici işlər nazirinin müavini Səid Şorş Xalid Bakıda bildirib.
Nazir müavinin sözlərinə görə, bir çox ölkəyə uşaqlarının geri qaytarılmasında köməklik göstəriblər.
“Al Sumaira” televiziyasının yaydığı
məlumat
da deyilirdi ki, raqda 10-a yaxın Türkiyə və Azərbaycan vətəndaşı məhkəmə qarşısına çıxarılıb və ömürlük azadlıqdan məhrum edilib.
Ötən ilin sonlarında isə iraqlı deputat Vian Dahil şəxsi “Twitter” səhifəsində hərbçilərin İŞİD-lə əlaqədə şübhəli bilinən 200 azərbaycanlı və 512 rusiyalı qadını saxladıqlarını bəyan etmişdi.
Azərbaycanın İraqdakı müvəqqəti işlər vəkili Ramiz Qafarov isə İraqda kimsəsizlər evində qalan 20-yə yaxın azərbaycanlı uşaq Azərbaycana göndəriləcəyi barədə
məlumat
vermişdi.