XİN daha 2 qadının ölkəyə gətiriləcəyini deyib
İraqda məhbus həyatı sürmüş və hazırda cəza müddəti bitmiş 3 qadın Azərbaycana gətirilib.
Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) yaydığı məlumatda bildirilir.
Nazirlik qeyd edib ki, növbəti mərhələdə daha 2 nəfər cəza müddəti bitmiş Azərbaycan vətəndaşının gətirilməsi nəzərdə tutulub.
Nazirlik qeyd edib ki, İraqda həbsdə saxlanılan Azərbaycanın qadın vətəndaşlarının mərhələli şəkildə gətirilməsi istiqamətində müvafiq işlər davam etdirilməkdədir:
“Bununla əlaqədar olaraq, İraqın aidiyyəti dövlət qurumlarına müvafiq müraciətlər ünvanlanıb”.
İndiyə qədər sözügedən qadınların 288 övladının artıq Azərbaycana geri qaytarıldığı vurğulanır.