İraqda Azərbaycan vətəndaşları ömürlük həbsə məhkum ediliblər

Onlar İŞİD-lə əlaqədə günahkar bilinirlər

Source:
foto google.az
foto google.az


Onlar İŞİD-lə əlaqədə günahkar bilinirlər

İraqda 10-a yaxın Türkiyə və Azərbaycan vətəndaşı məhkəmə qarşısına çıxarılıb və ömürlük azadlıqdan məhrum edilib.

Məlumatı “Al Sumaira” televiziyası

məlumat

yayıb.

Bu barədə İraq Ali Məhkəmə Şurasının nümayəndəsi Abdel Sattar Birkdar televiziyaya deyib ki, həbs olunanlar İŞİD terror qruplaşması ilə əməkdaşlıqda ittiham olunurlar.

Türkiyədən olan bir qadına isə edam cəzası verilib.

Təhlükəsizlik məsələləri üzrə ekspert İlham İsmayıl bu cür məsələlərin beynəlxalq qanunlarla, müqavilələrlə tənzimləndiyini hesab edir:

“Əsas odur ki, cinayət, yaxud ittiham İraq ərazisində baş veribsə, rəsmi Bağdad həmin adamları öz qanunları əsasında mühakimə edə bilər. Azərbaycan və Türkiyə hökumətləri yalnız müraciət edə bilər. Onsuz da terrorçu dəstələrdə iştirak etmək Azərbaycan qanunlarında da cinayət xarakteri sayılır. Amma rəsmi Bakı Bağdad qarşısında həmin adamları almaq tələbi qoya bilməz. Yalnız qarşılıqlı razılaşma əsasında danışıqlar mümkündür. Bütün hallarda İraq heç bir qanun pozuntusuna yol verməyib”.

Ana səhifəXəbərlərİraqda Azərbaycan vətəndaşları ömürlük həbsə məhkum ediliblər