İraq prezidenti: Tramp “İranı seyr etmək” üçün icazə istəməyib

“İraqı öz problemlərinizlə yükləməyin”

Source:

İraq prezidenti Barham Salih 4 fevral, bazar ertəsi günü prezident Donald Trampın (Trump) İraqın “İranı seyr etmək” üçün ABŞ hərbi qüvvələrinə icazə verməsini istəmədiyini söyləyib,- “Reuters” xəbər verir.

Bağdadda keçirilən forumda çıxış edən Saleh Trampın CBS-ə “İranı seyr etmək” üçün İraqa yerləşdirilən Amerika qoşunları haqda şərhləri ilə bağlı sualı cavablandırarkən deyib ki, İraqdakı ABŞ hərbi qüvvələri terrorizmə qarşı mübarizənin xüsusi missiyası olaraq iki ölkə arasındakı razılaşmanın bir hissəsi kimi var və bu hərbi qüvvələr missiyaya bağlı olmalıdırlar.

Tramp bazar günü CBS telekanalına verdiyi müsahibədə qeyd edir ki, ABŞ-ın İraqdakı hərbi birliyini qoruyub saxlamaq vacibdir, çünki bununla Vaşinqton İranı yaxından izləyə bilər. “Çünki İran real problemdir,” – Tramp vurğulayıb.

Salih “İraqı öz problemlərinizlə yükləməyin”- deyib: “ABŞ böyük bir gücdür … lakin öz siyasi prioritetlərinizi icra etməyın, biz burada yaşayırıq”.

İraq, iki böyük müttəfiq, ABŞ və İran arasında gərginlik artdıqca, çətin vəziyyətə düşür.

Salihin sözlərinə görə, “İraqın İranla və qonşu ölkələrlə yaxşı münasibətlərə sahib olması fundamental maraqlara əsaslanır”.

Tramp dekabr ayında Suriyadakı 2000 ABŞ əsgərinin “İslam Dövləti” (İraq Şam İslam Dövləti İŞİD) döyüşçülərinin artıq təhlükə yaramadığı səbəbilə geri çəkiləcəyini açıqlamışdı.

İraqa son səfəri zamanı isə Tramp ABŞ əsgərlərini İraqdan geri çəkməyi planlaşdırmadığını söyləmişdi.

Bazar ertəsi günü yayımlanan bir hesabatda Pentaqon müfəttişi, “İslam Dövləti”nin aktiv üsyançı qrup olaraq qaldığını və İraqdakı funksiyaları və qabiliyyətlərini Suriyadakı qüvvələrə nisbətən daha sürətli bir şəkildə yenilədiyini söyləyib.

Hesabatda bildirilir ki, “Suriyada davamlı (terror qarşı) təzyiqin olmaması nəticəsində “İslam Dövləti” ehtimalla 6-12 ay ərzində Suriyada yenidən baş qaldıra və məhdud ərazini ələ keçirə bilər”.

ABŞ Mərkəzi Komandanlığına istinadən məlumat verən hesabatda “İslam Dövləti”nin geri çəkilməni “qələbə” kimi təsvir edəcəyi və ABŞ əsgərlərinə hücumları qeyd edilir.

Ana səhifəXəbərlərİraq prezidenti: Tramp “İranı seyr etmək” üçün icazə istəməyib