İranlılar “Amerikaya ölüm” şüarlarıyla səfiriyin zəbtini qeyd ediblər

Bazar günü İranın ali rəhbəri Ayətullah Əli Xameney ABŞ ilə danışıqlara qoyulan qadağanı yeniləyərək, iki ölkəni aralarındakı ədavətin bitməsi mümkün olmayan düşmənlər olaraq xarakterizə edib.

Foto: Meydan TV


Yürüş və mitinqlərin ölkənin 1000-ə yaxın icmasını əhatə etdiyi bildirilir

Noyabrın 4-də minlərlə iranlı ABŞ-ın köhnə səfirliyi yaxınlığında “Amerikaya ölüm” şüarları səsləndirib. “

Reuters

” xəbər verir ki, hadisə missiyanın ələ keçirilməsinin 40 ilinin tamamlandığı gün və İranın ali liderinin ABŞ ilə danışıqlara qoyduğu qadağanı ləğv etməyəcəyini vəd etdikdən bir gün sonra baş verib.

Dövlət televiziyası İranın 1979-cu il İslam inqilabından sonra “casusların yuvası” adlandırılmış keçmiş səfirliyin ətrafındakı küçələri dolduran izdihamı göstərib. Dövlət KİV-lərinin verdiyi məlumata görə, yürüşlər və mitinqlər ölkənin 1000-ə yaxın icmasını əhatə edib.

1979-cu ildə İranda qatı islamçı tələbələr ABŞ-ın dəstəklədiyi şahın süqutundan dərhal sonra səfirliyə hücum etmişdilər və 52 amerikalını 444 gün binada girov saxlamışdılar. İki ölkə o zamandan etibarən düşmən kəsilib.

Bazar günü İranın ali rəhbəri Ayətullah Əli Xameney ABŞ ilə danışıqlara qoyulan qadağanı yeniləyərək, iki ölkəni aralarındakı ədavətin bitməsi mümkün olmayan düşmənlər olaraq xarakterizə edib.

“Danışıqların düşmənlə problemlərimizi həll edəcəyinə inananlar 100 faiz yanılırlar”, – Xameney deyib.

Bununla yanaşı İran parlamenti məktəb kitablarında “Amerikanın cinayətləri”nin yer almasını təmin edən ilkin təklifi qəbul edib. Deputatlar da "Amerikaya ölüm" şüarlarını səsləndiriblər.

ABŞ prezidenti Donald Tramp sanksiyaların qaldırılması qarşılığında nüvə proqramını əngəlləyən İran və dünya gücləri arasında imzalanmış 2015-ci il sazişindən imtina etdikdən sonra iki ölkə arasındakı münasibətlər böhran vəziyyətinə çatıb.

Birləşmiş Ştatlar İranın bütün neft ixracını dayandırmağa yönəlmiş sanksiyaları yenidən bərpa edib və məqsədinin Tehranı daha geniş öhdəlikləri əhatə edəcək razılaşmaya imza atması üçün danışıqlar aparmağa məcbur etmək olduğunu deyib.

Xameney ABŞ nüvə sazişinə qayıtmayınca və bütün sanksiyaları ləğv etməyincə, İran rəsmilərinə danışıqlar aparmağı qadağan edib.

Ana səhifəDünyaİranlılar “Amerikaya ölüm” şüarlarıyla səfiriyin zəbtini qeyd ediblər