Əli Xameneyi

Mənbə: meydan tv

Başlıq: Əli Xameneyi

İranlı qadınlar Xameneyini istefaya çağırıb

''40 illik İslam idarəçiliyi dövründə biz güc, repressiya, qeyri-insani və qadın əleyhinə qanunlarla məhdudlaşdırılmışıq''

On dörd iranlı qadın hüquqları fəalları bir araya gələrək Ali Rəhbər Ayətullah Əli Xameneyin istefasını tələb ediblər.

Azadlıq Radiosu xəbər verir ki, qadınlar eyni zamanda onlara bərabər hüquqlar verən yeni konstitusiyanın qəbul edilməsinə şərait yaradacaq "tam keçid" üçün çağırış ediblər.

Fəallar, o cümlədən vəkil Guiti Pourfazel, 5 avqustda internetdə yayımlanan bir bəyanatda teokratik hakimiyyətin "gender aparteid" -ə səbəb olduğunu və ölkə əhalisinin yarısının hüquqlarını "pozduğunu" bildirib.

"Bu gender ayrı-seçkiliyinə etiraz edən hər kəs təhqirlərə, alçaltmalara döyülmələrə, həbslərə və bəzi hallarda işgəncələrə və edamlara məruz qalıb," - bəyanatda deyilir.

Fəallar deyir ki, tələblərinin həyata keçirilməsini zorakı olmayan vasitələrlə təkid edəcəklər.

"40 illik İslam idarəçiliyi dövründə biz güc, repressiya, qeyri-insani və qadın əleyhinə qanunlarla məhdudlaşdırılmışıq," deyən fəallar, mövcud vəziyyətin davam etməsinə dözə bilmədiklərini söyləyiblər.

Onlar iyun ayında İran daxilində və xaricində olan 14 fəalın, o cümlədən rejissor Məhəmməd Nurizad və keçmiş Tehran Universitetinin kansleri Məhəmməd Malekinin bəyanat yazaraq Xameneyini istefaya çağırmasına da dəstək ifadə ediblər.

"İranı sevənlər bu çox zərərli və ziyanlı illər ərzində İslam Respublikası rəhbərlərini, xüsusən Ayətullah Xameneyini sivil yollarla dağıdıcı siyasətdən yayındırmağa çalışıblar. Təəssüf ki, rejim vətənpərvərləri utancverici yollarla həbs edib, öldürüb, onları dəmir barmaqlıqlar arxasında əziyyətə məhkum edib,"- iyun bəyanatında qeyd edilir.

Nurizad iyulun əvvəlində tutularaq naməlum ittihamlarla Tehranın Evin həbsxanasına köçürülüb. İyun bəyanatına imza atan digər bir neçə nəfər də təhdid aldıqlarını söyləyiblər.

İslam Respublikasında bütün dövlət məsələlərində son sözü Xameneyi söyləyir və onun tənqidi İranda qırmızı xətt sayılır.

Buradaykən …

Sizdən kiçik bir xahişimiz var: Fəaliyyət göstərdiyimiz mühitdə məlumatlar dövlətin çox sıx nəzarəti altındadır. Meydan TV insanların keyfiyyətli və müstəqil informasiya ilə təmin etmək üçün çalışır. Biz sizin eşidə bilmədiyiniz, amma eşitmək istədiyinizə inandığımız hekayələri işıqlandırırıq. Dövlət senzurasının – rəsmi bloklanmanın və təzyiqlərin gücləndirilməsinə baxmayaraq, biz, müstəqil jurnalist komandası ağır şərtlər altında Azərbaycan xalqının dolğun, keyfiyyətli informasiya ilə təmin edilməsinə çalışırıq və bunun üçün sizin köməyiniz lazımdır.

Sizin dəstəyiniz bizim böyük risk altında işləyən jurnalistlərimizə güc verir. Azərbaycanda müstəqil jurnalistikanın qorunması üçün edilmiş hər bir cəhd sizin töhfənizdir. Çox sağ olun.

BIZƏ DƏSTƏK OLUN
Bölmələr:  
qısa linklər:   http://mtv.re/s1h3xr

Ən çox baxılan