Mahlaqa Caberi ölkəsindəki edamlara etirazını belə ifadə edib
İranlı aktrisa Mahlaqa Caberi Kann Beynəlxalq Film Festivalının qırmızı xalısında geyimi ilə diqqət çəkib.
Onun dərin dekolteli paltarının boyun hissəsi edam kəndirini xatırladıb.
Aktrisa bununla ölkəsindəki edamlara etirazını ifadə edib.
Mahlaqa Caberi qırmızı mərasimdə lentə alınan video və fotolarını “İnstagram” səhifəsində paylaşaraq, “Edamları dayandırın”, – qeydini yazıb.
Geyimi modelyer Gila Saber hazırlayıb.
2023-cü ilin əvvəlindən indiyədək İran hakimiyyət orqanlarının 209 nəfəri edam etdiyi bildirilir.
Bu statistikanı BMT-nin İnsan Haqları Bürosunun nümayəndəsi Ravina Şamdasani mayın əvvəlində Cenevrədə keçirdiyi brifinq zamanı açıqlayıb.
Büro nümayəndəsi qeyd edib ki, İranda hər həftə orta hesabla ondan çox adam edam edilib.
Hökmlərin əksəriyyəti narkotiklə əlaqəli cinayətlərə görə olduğu bildirilir.