“Bir nəfər ölüb, iki nəfər İran sərhədçiləri tərəfindən saxlanılıb”
Cəlilabad rayonunun Kürünc kəndi yaxınlığındakı sərhəd zastavasının xidməti ərazisində iyunun 17-də saat 21:40 radələrində 3 nəfərin sərhədi pozduğu aşkarlanıb.
Onların İran İslam Respublikasından Azərbaycan istiqamətinə keçdiyi məlum olub.
Bu barədə Dövlət Sərhəd Xidməti
məlumat
yayıb.
Bildirilib ki, sərhəd pozucularının silah və gecə görmə cihazları ilə silahlanması, onlardan birində içərisində narkotik vasitə olması ehtimal edilən 1 ədəd böyük kisədə yük olduğu müşahidə edilib:
Sərhəd naryadı tərəfindən “Dayan” əmri verilərək havaya xəbərdarlıq atəşi açılsa da, pozucular əmrə tabe olmayıb və sərhəd naryadına qarşı avtomat silahdan və “Vinçester” tipli tüfəngdən atəş açaraq sərhədçilərin həyatına qəsd ediblər. Sərhəd naryadı tərəfindən silah tətbiq olunub və nəticədə pozucularından biri güllə yarası alıb. Pozuculardan digəri İran ərazisinə qaçmaq məqsədilə “Bolqarçay”ı keçərkən suda ölüb. Onun cəsədi sudan çıxarılıb. Digər sərhəd pozucuları ərazinin sıx meşəlik, hava şəraitinin qaranlıq olmasından istifadə edərək geri qaçsa da, İran sərhədçiləri tərəfindən yaxalanıblar”.