İranla sərhəddə atışma olub

Azərbaycan sərhədçisi yaralanıb

Source:
Dövlət Sərhəd Xidməti
Dövlət Sərhəd Xidməti


Azərbaycan sərhədçisi yaralanıb

Azərbaycan Respublikasının İran İslam Respublikası ilə sərhədinin Cəlilabad rayonu ərazisində sərhədi pozan şəxslərlə hərbçilər arasında atışma olub.

“APA” agentliyinin verdiyi xəbərə əsasən,  sərhədçilərin “Dayan!” əmrinə tabe olmayan sərhəd pozucuları silahlı müqavimət göstəriblər.

Atışma zamanı bir sərhədçi yaralanıb.

Yaralanan sərhədçi – Balakən rayonundan hərbi xidmətə çağırılmış Ramazan Məmməd oğlu Krupov Cəlilabad Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

Bir neçə güllə yarası alan R. Krupov üzərində cərrahiyyə əməliyyatı aparılıb.

Reanimasiya şöbəsində müalicəsi davam etdirilən hərbçi qulluqçunun həyatı təhlükəsi olmasa da, vəziyyəti ağır qiymətləndirilir.

Faktla bağlı araşdırma aparılır.

Sərhəd pozucularının aqibəti barədə hələlik məlumat verilmir.

Ana səhifəXəbərlərİranla sərhəddə atışma olub