”İranla Ermənistan arasında hərbi-texniki əməkdaşlığa dair yayılmış xəbərlər əsassızdır”

Seyid Əli Musəvi bildirib ki, İranın Azərbaycandakı səfirliyi iki dost və qonşu ölkə arasında inkişafda olan əməkdaşlığın zəruriliyi və qorunmasına çalışır.

Source: Foto: google.az


Seyid Əli Musəvi: ''Səfirlik bu kimi xəbərləri təkzib edir''

İran İslam Respublikasının Azərbaycandakı səfirliyi Ermənistanla hərbi-texniki əməkdaşlığa dair yayılmış xəbərlər əsassız hesab edir.

Bu barədə səfirliyinin mətbuat katibi Seyid Əli Musəvi APA-ya danışıb.

Seyid Əli Musəvi bildirib ki, İranın Azərbaycandakı səfirliyi iki dost və qonşu ölkə arasında inkişafda olan əməkdaşlığın zəruriliyi və qorunmasına çalışır. Ona görə də son günlər Azərbaycanın bəzi xəbər portallarında İranla Ermənistan arasında hərbi-texniki əməkdaşlığa dair yayılmış xəbərlər əsassızdır. Səfirlik bu kimi xəbərləri təkzib edir.

Mətbuat katibi xatırladıb ki, İran hər zaman Dağlıq Qarabağ münaqişəsinin dinc yolla və Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həllinin tərəfdarıdır:

“Eyni halda regional sülh və sabitliyə xələl yetirə biləcək hər hansı bir addımı pisləyirik”.


İyulun 17-də

Müsavat Partiyasının Gənclər Təşkilatı İran İslam Respublikasının Azərbaycandakı səfirliyi qarşısında piket keçirməyə cəhd etmişdi. Müsavatçıların əsas tələbi Tehranın İrəvana silah satmasına etiraz idi. Bakı polisi 9 müsavatçını saxlamaqla aksiyanın qarşısını aldı.

Ana səhifəXəbərlər”İranla Ermənistan arasında hərbi-texniki əməkdaşlığa dair yayılmış xəbərlər əsassızdır”