İranla Azərbaycan arasında gərginləşmənin geosiyasi səbəbləri

“Gərginlik İranın nüvə silahına hazırlıq işlərindən qaynaqlanır və bununla bağlı çox ciddi təpki var”

Source: Specify Source


Mehman Əliyev: “Gərginləşmə Azərbaycan-İran problemini ehtiva etmir”

İranla Azərbaycan arasında son zamanlar münasibətlərin gərginləşməsi təkcə bölgə deyil, dünya mediası və ekspertlərinin gündəmindədir.


“Münasibətlərin gərginləşmə xronologiyası”

Formal olaraq tərəflər arasında gərginliyə səbəb Qarabağda ermənilərin məskunlaşdığı ərazilərə Azərbaycana məlumat vermədən İrandan yükdaşımalar olub. Buna cavab olaraq Azərbaycan İran sürücülərinə gömrük haqqı tətbiq

edib

.

Daha sonra İran Azərbaycanın azad edilmiş əraziləri ilə sərhəd bölgədə hərbi təlimlərə başladı ki, bu da rəsmi Bakının kəskin etirazına səbəb oldu. Türkiyənin “Anadolu” agentliyinə müsahibə verən Azərbaycan Prezidenti İlham Əliyev bu təlimlərdən narazılığını ifadə edərək, qeyd edib ki, 30 il işğal dövründə İran bu ərazilərdə belə təlimlər

keçirməyib

.

Sonradan tərəflər bir-birilərinə qarşı müəyyən qadağalar tətbiq etdi. Azərbaycan mətbuatında məlumatlı mənbəyə istinadən İranın Azərbaycanın hərbi yük daşıyan təyyarələri üçün səmasını bağlaması xəbəri dərc

olundu

.

Eyni zamanda Azərbaycan DİN mətbuat xidmətinin rəhbəri Ehsan Zahidov Bakıda Hüseyniyyə məscidinin koronavirusun yayılması səbəbilə bağlandığını elan etdi. Məsciddə həmçinin İranın ali dini rəhbəri Ayətullah Əli Xameneinin nümayəndəsinin ofisi

olub

.

Hadisələr tərəflərin bir-birinin ünvanına kəskin tənqidi ilə inkişaf etdi. Belə ki, İran Azərbaycanı “sionist” və “terrorçuları” bölgədə yerləşdirməkdə, Azərbaycan İranı Ermənistana hərbi yardım göstərməkdə ittiham etdi.


“İlham Əliyevin Cəbrayılda “Harop” PUA-sı fonunda fotosu İrana siqnal kimi qiymətləndirilib”

İlham Əliyevin oktyabrın 5-də İranla həmsərhəd olan Cəbrayıl rayonuna səfəri zamanı İsrail istehsalı olan “Harop” pilotsuz uçuş aparatının fonunda şəkil çəkdirməsi beynəlxalq media və ekspertlərin diqqətini çəkib və bunun İrana layiqli bir siqnal olduğunu qeyd ediblər.

İran xarici işlər naziri Hüseyn Əmir-Abdollahianın Moskvaya səfəri də, məhz bölgədə müharibədən sonra formalaşan vəziyyətlə bağlı idi. Görüşdən sonra Rusiya və İran xarici işlər nazirlərinin mətbuat konfransında səsləndirilən fikirlər, onu deməyə əsas verir ki, iranlı nazirin Moskva səfəri uğursuz olub. Belə ki, Rusiya XİN rəhbəri Sergey Lavrovun bir neçə bəyanatı Azərbaycan mövqeyinin rəsmi Moskva tərəfindən dəstəkləndiyini göstərdi. Lavrov Azərbaycanın hərbi təlimlərdən narahatlıq keçirdyini deyib, sonradan isə bölgədə 3+3 formatında əməkdaşlığın vacibliyini qeyd

edib

.

51557358621_670b6e2efe_b.jpg
Nazirlərin mətbuat konfransı

İran XİN rəhbərinin Tehrana qayıtdıqdan sonra bəyanatlarında ifadə tərzini yumşaltması da, onun Moskvadan istədiyini ala bilməməsinə işarə vurur.

Bu hadisələrin fonunda Ermənistanda politoloqlar və hərbi ekspertlər bölgədə yeni mühabirənin real olması, İranın Azərbaycana təcavüz edəcəyi və yeni müharibədə Türkiyə, İsrail və Rusiyanın iştirakının müzakirəsinə başlayıblar.

Bir sıra ekspert İranla Azərbaycan arasında son gərginliyi təkcə bölgədə baş verən proseslərlə əlaqələndirmir və buna daha geniş aspektə baxılmasının tərəfdarıdır.


“İran Azərbaycanı hədələyərkən, əslində ABŞ və İsraili nəzərdə tutur”

“Turan” İnformasiya Agentliyinin direktoru Mehman Əliyev Meydan TV-yə müsahibəsində qeyd edib ki, İran hərbi təlimləri Bakıya qarşı yönləndirsə də, sionistlər və başqa qüvvələr xatırladılır:

“Əslində, İran Azərbaycanı hədələyərək reallıqda İsraili və ABŞ-ı nəzərdə tutur. Sual olunur; İran niyə İraq, Əfqanıstan, Pakistanla yox, Azərbaycanla sərhəddə təlim keçir? Məsələ ondadır ki, Azərbaycan İsrail və ABŞ-la sıx əməkdaşlıqdadır”.

Agentlik rəhbərinin fikrincə, son zamanlar ABŞ və İsrail arasında aparılan danışıqlar ona işarə verir ki, İran nüvə silahı hazırlığının bir addımlığındadır və ona görə də Tehranla gedən diplomatik danışıqlarda bu prosesi dayandırmaq üçün səylər edilir.


“Geopolitik səbəblər arasında Türkiyə də var”

İsveçrədə mühacir həyatı yaşayan, politoloq Rauf Mirqədirov isə məsələnin geopolitik səbəbləri arasında Türkiyənin regionda özünü təsdiq etmək istəyini göstərir:

“Türkiyənin Cənubi Qafqazda mövcudluğunu ən azı deklarasiya etməsi yenilikdir və İran üçün yolverilməzdir. Çünki bu proses İran üçün geniş mənada türk həlqəsini yaradır. Bugünə qədər İranın mövqeyi ondan ibarət olub ki, bölgədə regiondan xaric başqa dövlətlər təmsil olunmasın. Bu gün Türkiyə bu haqqını irəli sürür və Bakı da bu haqqı rədd etmir”.

[Original size] Facebook App – Untitled Design (2).png
Rauf Mirqədirov və Mehman Əliyev

Bundan başqa, Rauf Mirqədirov xatırladıb ki, İran Azərbaycan ərazilərinə öz mülki kimi baxır:

“Bizim qurmaq istədiyimiz, inkişaf edən və demokratik Azərbaycan Tehran rejimi üçün təhlükəlidir. Yəni orada yaşayan azərbaycanlılar üçün nümunədir. Mövcud problemin 44 günlük savaşdan sonra ortaya çıxmasının bir səbəbi odur ki, Rusiya sülməramlıların bölgəyə yerləşməsinə baxmayaraq, Azərbaycan işğalda olan ərazilərinin əksər hissəsini azad etdi və qalib millət, qalib dövlət nüfuzunu qazandı. Sözsüz ki, belə imic İran daxilindəki azərbaycanlıların milli düşüncəsinə azdan-çoxdan təsir edir və bu, sözsüz təhlükədir”.

Digər bir tərəfdən, politoloq vurğulayıb ki, İran 44 günlük müharibə nəticəsində özünün narkotrafik üçün istifadə etdiyi bufer zonasından məhrum olub.

Hər iki ekspert Meydan TV ilə söhbətində İranın heç bir halda Zəngəzur dəhlizinin açılışına mane ola bilməyəcəyini deyib. Rauf Mirqədirova görə, Ermənistanın həmin layihədən imtina etməsi absurd olar, Mehman Əliyevə görə isə, Zəngəzur dəhlizi İran ərazisindən keçmədiyi üçün əleyhinə, yaxud lehinə danışmaz.


“Azərbaycanda İsrailə qarşı mübarizə aparmaq gülüncdür”

Erməni ekspertlərin bölgədə müharibənin başlamasının real olması fikirlərini şərh edən Rauf Mirqədirov qeyd edib ki, belə bir ehtimal minimaldır:

“İranın cəsarəti çatsaydı, çoxdan İsraillə müharibəyə başlayardı. İsrail İranın Suriya ərazisindəki hərbi obyektlərini dağıdır, amma Tehranın hücum əməliyyatının şahidi olmamışıq”.

Onun fikrincə, digər tərəfdən Azərbaycanda İsrailə qarşı mübarizə aparmaq gülüncdür, çünki bu ölkənin bizdə qoşunu yoxdur:

“İranın Azərbaycana hərbi müdaxiləsi Rusiyanın maraqlarına ciddi zərbə vura bilər. Çünki Rusiya bugünə qədər özünü regionun sahibi kimi aparır. Ona görə də İran beynəlxalq aləmdə onu dəstəkləyən yeganə dövlətlə münasibətləri korlamaz”.


“İran infrastrukturunun çökməsi üçün bir neçə saat bəs edər”

Mehman Əliyev qeyd edib ki, İran bölgədə müharibə aparmaq iqtidarında deyil:

“Baş verən gərginləşmə Azərbaycan-İran problemini ehtiva etmir. Gərginlik İranın nüvə silahına hazırlıq işlərindən qaynaqlanır və bununla bağlı çox ciddi təpki var. İranın nüvə silahına malik olmasında ABŞ, Rusiya, İsrail, Pakistan və başqaları maraqlı deyil. Əgər İran nüvə silahı əldə etsə, adlarını xatırlatdığım ölkələrlə üz-üzə gələcək. Bunun üçün böyük müharibə də lazım deyil. Bütün güclər İranın üstünə gəlsələr, bir neçə saat bəs edir ki, İranın infrastrukturu çöksün. Nəhayət, oktyabrın 6-da Moskvada Lavrov İranın xarici işlər naziriylə keçirdiyi brifinqdə diplomatik ifadələrlə ölkəsinin təpkisini ifadə etdi”.

Ana səhifəSiyasətİranla Azərbaycan arasında gərginləşmənin geosiyasi səbəbləri