İranın xarici işlər naziri Hindistana gedib

Mənbə: Google

Başlıq: İranın xarici işlər naziri Hindistana gedib

İranın xarici işlər naziri Hindistana gedib

Hindistan ABŞ sanksiyalarından sonra İran neftinin idxalını dayandırsa da, İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif hind həmkarı ilə danışıqlar aparmaq üçün Yeni Dehliyə gəlib,- Azadlıq Radiosu xəbər verir.

Zərif açıqlamasında Hindistanın xarici işlər naziri Suşma Svarac (Sushma Swaraj) ilə "bölgədəki ən son inkişaflar və ikitərəfli əlaqələr" mövzusunu müzakirə etmək üçün Hindistana səfər etdiyini söyləyib.

"Hindistan ən mühüm iqtisadi, siyasi və regional tərəfdaşlarımızdan biridir,"- o deyib.

Amerika Birləşmiş Ştatları yenidən İrana qarşı sanksiyalar tətbiq etməyə başlayıb. ABŞ prezidenti Donald Tramp İran və dünya ölkələri arasında 2015-ci ildə imzalanmış nüvə razılaşmasından çıxdıqdan sonra ABŞ İran neftinin ixracını sıfıra endirməyə söz verib.

İranın ən yaxşı neft alıcıları Çin və Hindistan ABŞ-ın sanksiyaları altında cəzaya məruz qalmadan çəkinərək, İranla alqı-satqını dayandırıb.

Tehran ilə Vaşinqton arasında artan gərginliklə Birləşmiş Ştatlar ötən həftə İranın bölgədə Amerikanın və onun müttəfiqlərinin maraqlarına olan təhdidlərinə cavab olaraq Fars körfəzinə hava qüvvələri göndərib.

İran bu iddiaları rədd edir və Tehran sanksiyaların aradan qaldırılması üçün razılığa gəldiyi nüvə razılaşması çərçivəsində bəzi öhdəliklərindən boyun qaçıracağını qeyd edib.

Zərif deyib ki, ABŞ vəziyyəti lazımsız bir şəkildə gərginləşdirir. O, əlavə edib: "Biz gərginlik istəmirik, amma həmişə özümüzü müdafiə etmişik".

Nüvə razılaşmasına qatılan avropalı tərəfdaşlar - Britaniya, Fransa və Almaniya müqaviləni xilas etməyə çalışırlar. Anlaşma həmçinin digər tərəfdaşlar olan Rusiya və Çin tərəfindən də dəstəklənir.

Tehran deyir ki, Avropa Birliyi ölkələri nüvə razılaşması əsasında öz öhdəliklərini yerinə yetirməlidir və ABŞ-ın sanksiyalarına baxmayaraq, iqtisadi əlaqələri normallaşdırmalıdırlar.

ABŞ sanksiyaları İranın neft ixracını gündə 1 milyon barelə endirib. Ötən il, bu, gündə 2,8 milyon barel səviyyəsində olub – “Reuters” xəbər verir.

Xəbər agentliyi qeyd edir ki, Avropanın diplomatik mənbələri mayın 13-də bildiriblər ki, İran nüvə razılaşmasında qalması üçün şərti olaraq gündə ən az 1,5 milyon barel neft ixrac etməyi tələb edir.

Buradaykən …

Sizdən kiçik bir xahişimiz var: Fəaliyyət göstərdiyimiz mühitdə məlumatlar dövlətin çox sıx nəzarəti altındadır. Meydan TV insanların keyfiyyətli və müstəqil informasiya ilə təmin etmək üçün çalışır. Biz sizin eşidə bilmədiyiniz, amma eşitmək istədiyinizə inandığımız hekayələri işıqlandırırıq. Dövlət senzurasının – rəsmi bloklanmanın və təzyiqlərin gücləndirilməsinə baxmayaraq, biz, müstəqil jurnalist komandası ağır şərtlər altında Azərbaycan xalqının dolğun, keyfiyyətli informasiya ilə təmin edilməsinə çalışırıq və bunun üçün sizin köməyiniz lazımdır.

Sizin dəstəyiniz bizim böyük risk altında işləyən jurnalistlərimizə güc verir. Azərbaycanda müstəqil jurnalistikanın qorunması üçün edilmiş hər bir cəhd sizin töhfənizdir. Çox sağ olun.

BIZƏ DƏSTƏK OLUN
Bölmələr:  
qısa linklər:   http://mtv.re/ktzeuv

Ən çox baxılan