İrandan diri toyuq və quşçuluq mallarının idxalına məhdudiyyət qoyulub

Vahid Məhərrəmov: ”Neçə illərdir deyirdik ki, daxildə istehsalı gücləndirmək vacibdir…”

Source:


Vahid Məhərrəmov: ”Neçə illərdir deyirdik ki, daxildə istehsalı gücləndirmək vacibdir…”

Azərbaycan İrandan diri toyuq və quşçuluq mallarının idxalına məhdudiyyət qoyub. Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Nəzarəti Xidmətinin qərarı Tehran bölgəsində iki damazlıq quşçuluq təsərrüfatında ev quşları arasında yüksək patogenli quş qripi (H5N8) xəstəliyinin yayılması ilə bağlıdır.

Bununla bağlı İrandan yüklər ərazinin epizootik vəziyyəti və məhsulun sağlamlığı haqqında rəsmi arayış olduğu təqdirdə buraxılacaq.

Gömrük Komitəsinin məlumatına görə, 2016-cı ilin 9 ayında Azərbaycan İrandan 216 min damazlıq toyuq yumurtası və 651,6 min əmtəəlik yumurta alıb. Bundan başqa, İrandan 950 min toyuq gətirilib.

Hökumətin qərarını Meydan TV-yə şərh edən kənd təsərrüfatı üzrə müətəxəssis Vahid Məhərrəmov bildirib ki, Azərbaycan diri quşların 70 faizini İrandan idxal edir, 3 milyon quş. Bu toyuqlar yumurta istehsalı üçün istifadə olunur, bundan əlavə damazlıq yumurta gətirilir, ötən il 1 milyon 600 min ədəd olub. Ümumilikdə təxminən idxal olunan  damazlıq yumurtanın 3 faizi qədər, yəni 50 milyonun 3 faizi. Türkiyədən və Ukraynadan damazlıq yumurtanın idxalını artırmaq olar, ona görə damazlıq yumurtanın məhdudlaşdırılmasında problem yoxdur. Amma İrandan toyuqlar gətirilməsə, yumurta istehsalıyla bağlı bəzi çətinliklər mümkündür. Təəssüf ki, uzun illərdir Azərbaycan daxildə damazlıqla məşğul ola bilmir, yəni ölkəni asılı vəziyyətdə qoyurlar.

Vahid Məhərrəmov foto Meydan TV

Vahid Məhərrəmov hesab edir ki, İrandan diri toyuq və quşçuluq mallarının idxalına qoyulan məhdudiyyət birinci növbədə yumurta istehsalında problem yaradacaq: “Ona görə neçə illərdir deyirdik ki, daxildə istehsalı gücləndirmək vacibdir. Həm heyvandarlıqda damazlıqlıqla məşğul olmalıyıq, həm istehsal vasitələrini daxildə istehsal etməliyik ki, asılı durumda qalmayaq. İndiki şəraitdə ölkəni idxaldan asılı qoymaq yolverilməzdir. Baxın, nə istehsal edə bilirik, yumurta istehsal edə bilmirik, quşçuluqda damazlıqla və yaxud toxumçuluqla məşğul ola bilmirik, adi buğda istehsal edə bilmirik. Neft isə təbii sərvətdir, istehsal etmirik, xam neft kimi satılır”.

Ana səhifəXəbərlərİrandan diri toyuq və quşçuluq mallarının idxalına məhdudiyyət qoyulub