İran

Mənbə: Foto: arxiv

Başlıq: İran

İrandakı etirazlarda 218 nəfərin öldürüldüyü bildirilir

Etirazlar zamanı 4523 adam həbs edilib

“25 noyabradək İranda yanacaq qiymətinin artmasına qarşı başlamış etirazlarda 218 nəfər öldürülüb. Öldürülənlərdən 87 nəfəri Tehran əyalətinin payına düşür”,- “İran wire” xəbər verir.

Əyalət və şəhər rəhbərləri tərəfindən Daxili İşlər Nazirliyinə göndərilən hesabatlar əsasında qeydə alınan bu rəqəmlərin artacağı gözlənilir.

Nazirlik bildirir ki, noyabrın 19-da onlara daxil olan məlumatlara əsasən etirazlar zamanı 4523 adam həbs edilib. Bu rəqəm yenilənməyib və nazirliyə əlavə məlumatlar daxil olmayıb.

19 noyabrda “Amnesty İnternational” İranda öldürülənlərin 100-dən artıq olduğunu söyləyib və Tehranı zorakılığa son qoymağa çağırıb. “Aljazeera” xəbər verir ki, insan hüquqları təşkilatı İran təhlükəsizlik qüvvələrini başladığı gündən etibarən nümayişləri dağıtmaq üçün “həddindən artıq və öldürücü güc” tətbiq etməkdə günahlandırıb.

“Etibarlı mənbələrə əsasən, 21 şəhərdə ən az 106 etirazçı öldürülüb”,- “Amnesty” deyib.

“Ölənlərin sayı daha çox ola bilər, bəzi məlumatlara görə 200 nəfərin öldüyü bildirilir”,- təşkilat qeyd edib.

“İnqilab Keşikçilərinin Mərkəzi İmam Əli Təhlükəsizlik Qarnizonunun komandiri general Qolam Hüseyn Qeybpərvər (Gholam Hossein Gheybparvar) qüvvələrə istəyinə görə atəş etmək əmri verə bilmək icazəsinə sahib olub və bu səbəbdən etirazçıların kütləvi şəkildə qətlinə birbaşa cavabdehlik daşıyır”, - adının açıqlanmasını istəməyən mənbə qeyd edib.

Mərkəzi İmam Əli Təhlükəsizlik Qarnizonu 2009-cu il prezident seçkilərindən sonra qurulan İmam Əli batalyonlarına rəhbərlik edir. Batalyonların fəaliyyəti o zaman və indi də xalq etirazlarına qarşı çıxmaq və onları mütəşəkkil, hərtərəfli şəkildə yatırmaqdan ibarətdir. Batalyonlar İnqilab Keşikçilərinin çətiri altında fəaliyyət göstərən hərbi Basij təşkilatının bir hissəsini təşkil edir. İnqilab Keşikçilərinin keçmiş komandiri general-mayor Məhəmməd Əli Cəfərinin dediyinə görə, təqribən 31.000 əsgər Basij batalyonların üzv olmaq üçün təlim keçib.

İranın məhkəmə heyəti bildirib ki, yanacaq qiymətinin artması ilə bağlı hökumət əleyhinə etiraz aksiyalarında günahlandırılan 100-ə yaxın lider həbs olunub.

“New York Times” bildirir ki, cümə xütbələrinin lideri din xadimi Ayətullah Əhməd Xatəmi etirazların təşkilatçılarının “maksimum cəzaya” layiq olduqlarını söyləyib.

Xatəmi deyib ki, hakimiyyət etirazların qalıqlarını məhv etməyə kömək etmək üçün şübhəlilərdən nümunələr hazırlamağa çalışır. Xatəmi şübhəlilərin edam cəzasına məhkum ediləcəyini nəzərdə tutduğunu bildirməsə də, Ali Lider Ayətullah Əli Xameneyə bağlı “Kayhan” qəzeti onların asılmalı olduqlarını qeyd edib.

“Bu sistem bu axmaqlar tərəfindən tərpədiləcək sistem deyil",-İranın rəsmi İslam Respublikası Xəbər Agentliyinin məlumatına görə Xatəmi belə deyib.

Buradaykən …

Sizdən kiçik bir xahişimiz var: Fəaliyyət göstərdiyimiz mühitdə məlumatlar dövlətin çox sıx nəzarəti altındadır. Meydan TV insanların keyfiyyətli və müstəqil informasiya ilə təmin etmək üçün çalışır. Biz sizin eşidə bilmədiyiniz, amma eşitmək istədiyinizə inandığımız hekayələri işıqlandırırıq. Dövlət senzurasının – rəsmi bloklanmanın və təzyiqlərin gücləndirilməsinə baxmayaraq, biz, müstəqil jurnalist komandası ağır şərtlər altında Azərbaycan xalqının dolğun, keyfiyyətli informasiya ilə təmin edilməsinə çalışırıq və bunun üçün sizin köməyiniz lazımdır.

Sizin dəstəyiniz bizim böyük risk altında işləyən jurnalistlərimizə güc verir. Azərbaycanda müstəqil jurnalistikanın qorunması üçün edilmiş hər bir cəhd sizin töhfənizdir. Çox sağ olun.

BIZƏ DƏSTƏK OLUN
Bölmələr:  
qısa linklər:   http://mtv.re/yy1ta4

Ən çox baxılan