Təyyarə ”Aseman Airlines” aviaşirkətinə məxsus idi
İranın İsfahan vilayətində sərnişin təyyarəsinin qəzaya uğraması nəticəsində 66 nəfər ölüb.
Bu barədə İsna agentliyi
məlumat
yayıb.
İlkin məlumata görə, təyyarə əlverişsiz hava şəraiti səbəbindən Dena dağına çırpılıb. Havanın dumanlı olması nəticəsində helikopter hələ qəza ərazisinə eniş edə bilmir.
Bildirilir ki, Tehran-Yasuc reysi üzrə uçan təyyarədə 60 sərnişin və 6 heyət üzvü olub.
Təyyarə “Aseman Airlines” aviaşirkətinə məxsus idi.
Ötən bazar Rusiyanın “Saratov Hava Yolları” aviaşirkətinə məxsus sərnişin təyyarəsi “An-148” Domodedovo hava limanından uçduqdan sonra Orsk şəhərində
qəzaya
uğraması nəticəsində 71 nəfər ölmüşdü.