İranda qatar relsdən çıxıb: 17 ölü, 50 yaralı

Mənbə: İRNA

Qatarın ekskavatorla toqquşduğu bildirilir

İyunun 8-də İran İslam Respublikasında qatarın relsdən çıxması nəticəsində 17 nəfərin öldüyü, 50 nəfərin yaralandığı bildirilir.

Bu barədə İRNA agentliyi məlumat yayıb.

Bildirilir ki, Tebes şəhərindən Yəzdə gedən 348 sərnişini olan qatar ekskavatorla toqquşaraq relsdən çıxıb: “Sərnişinlərdən beşinin vəziyyəti ağırdır”.

Hazırda axtarış-xilasetmə əməliyyatının davam etdirildiyi deyilir.

Qeyd olunur ki, hadisə ilə bağlı cinayət işi açılıb.

Ana səhifəXəbərlərİranda qatar relsdən çıxıb: 17 ölü, 50 yaralı