İranda Qarabağa dəstək mitinqində iştirak edən 12 nəfərə 15 il həbs cəzası verilib

Ötən ilin oktyabrında davam edən müharibə zamanı sosial şəbəkələrdə İran ərazisindən Ermənistana video materiallar yayılan zaman azərbaycanlılar etiraz aksiyaları keçirmişdi.

Source: Amerikanınsəsi


Onlar həmçinin 888 şallaq cəzasına məhkum ediliblər

İran İslam Respublikasında Qarabağa dəstək mitinqində iştirak edən 12 vətəndaşa 15 il həbs və 888 şallaq cəzası verilib.

Məhkəmə iclası isə sentyabrın 26-da Ərdəbil Cinayət Məhkəməsinin 102-ci şöbəsində keçirilib.

"Amerikanınsəsi" radiosu İnsan hüquqları üzrə fəaliyyət göstərən HRA xəbər agentliyinə istinadən bu barədə məlumat

yayıb

.

Hökmün Ərdəbil İkinci Cinayət Məhkəməsinin 102-ci şöbəsinin hakimi Tahir Rəsuli tərəfindən verildiyi və oktyabrın 9-da məhkəmənin elektron sisteminin vasitəsilə həmin vətəndaşlara göndərildiyi qeyd olunub.

Məhkəmə tərəfindən verilən hökmə görə, Pərviz Siyabi Gürcan, Hüseyn Balaxanı İsalı, Murtəza Pərvin, Hamid Heydəri, Məhəmməd Colani Ocaq, Mustafa Pərvin, Sübhan Bəxşi, Mehdi Huşmənd, Bəhmən Xeyrcu, Muctaba Pərvin, Əsgər Əkbərzadə və Səccad Colani hər biri 14 ay 32 gün həbs və 74 şallaq cəzasına məhkum ediliblər.

Bildirilib ki, onları "vəzifədə olarkən polisə qarşı üsyan qaldırmaq" ittihamı ilə hər biri 7 ay 16 gün, eləcə də "qarışıqlıq yaradaraq ictimai asayişi pozmaq" ittihamı ilə 7 ay 16 gün həbs cəzası və həmçinin 74 şallaq cəzasına məhkum ediliblər.

Eyni zamanda, adlarıçəkilən sentyabrın 20-də Ərdəbil İnqilab Məhkəməsində “ali dini lideri aşağılamaq” və “milli təhlükəsizliyə qarşı toplaşma və əlbir olmaq” ittihamları ilə də mühakimə ediliblər.

2020-ci ilin sentyabrın 29-da Ərdəbil şəhərinin Ciral parkında İkinci Qarabağ müharibəsi zamanı Azərbaycan Respublikası və ordusuna dəstək məqsədilə keçirilən dinc mitinq ilə əlaqədar bir çox sayda milli fəal və adi vətəndaş həbs edilmiş, onların ağır işgəncələrə məruz qaldığı bildirilmişdi.

Almaniyada yaşayan hüquq müdafiəçisi Nağı Mahmudi AzadliqRadiosuna cəzalandırılanların ittihamları rədd etdiyini bildirib.

Ötən ilin oktyabrında davam edən müharibə zamanı sosial şəbəkələrdə İran ərazisindən Ermənistana yük maşınlarını əks etdirən video materiallar yayılan zaman azərbaycanlılar etiraz aksiyaları keçirmişdi.

Rəsmi Tehran bu barədə yayılan iddiaları rədd edib və aksiyaları dağıdıb. Ancaq son aylarda arabağın Rusiya sülhməramlıları olan bölgələrinə yük daşınması Azərbaycan hökuməi tərəfindən etirazla qarşılanıb. Hətta dövlət başçısı İlham Əliyev "Anadolu" agentliyinə bu barədə

danışdı

. Bundan sonra İran və Azərbaycan bir-birilərinə qarşı müəyyən qadağalar tətbiq edib.

Azərbaycan DİN mətbuat xidmətinin rəhbəri Ehsan Zahidov Bakıda Hüseyniyyə məscidinin koronavirusun yayılması səbəbilə bağlandığını elan etdi və İranın ali dini rəhbəri Ayətullah Əli Xameneyinin nümayəndəsi Ocaq Nejat ölkədən çıxarılıb. Ardınca İran İslam Respublikası Azərbaycanla sərhəddə hərbi təlikmlərə start verib.

İran Azərbaycanı “sionist” və “terrorçuları” bölgədə yerləşdirməkdə, Azərbaycan isə İranı Ermənistana hərbi yardım göstərməkdə ittiham edib.

2020-ci ilin sentyabrın 27-də Azərbaycan Ermənistan arasında 44 günlük mübaribə başlayıb.

44 günlük bu müharibə (İkinci Qarabağ müharibəsi) və sonrakı razılaşma nəticəsində Azərbaycan Dağlıq Qarabağın bir hissəsinə və ətraf yeddi rayona (Şuşa, Hadrut, Cəbrayıl, Füzuli, Qubadlı, Zəngilan və Xocavəndin bir hissəsi) nəzarəti ələ alıb.

10 noyabr razılaşmasına (Azərbaycan, Ermənistan və Rusiya rəhbərləri arasında) əsasən, Laçın dəhlizində və qoşunların təmas xəttində Rusiya sülhməramlıları yerləşdirilib, Kəlbəcər, Ağdam və Laçın rayonları boşaldılıb.

Keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətinin çox hissəsi tanınmayan qurumun və Rusiya sülhməramlılarının nəzarətində qalıb.

Ana səhifəSiyasətİranda Qarabağa dəstək mitinqində iştirak edən 12 nəfərə 15 il həbs cəzası verilib