”İranda iğtişaşlar zamanı 12 nəfər həyatını itirib”

İran dövlət televiziyası hadisələrlə bağlı məlumat yayıb

Source:
İranda iğtişaşlar vaxtı
İranda iğtişaşlar vaxtı


İran dövlət televiziyası hadisələrlə bağlı məlumat yayıb

İranda baş verən etirazlar zamanı təhlükəsizlik qüvvələrinin əks hücumları nəticəsində 12 nəfər həyatını itirib. İran dövlət televiziyasının bazar ertəsi yaydığı məlumatda belə deyilir.

“Reuters” yazır ki, İranda keçirilən ümummilli etirazlara onminlərlə insan qoşulub. Bu, 2009-cu ildən bəri İran rəhbərliyinə qarşı ölkədə baş vermiş ən irimiqyaslı etirazdır. Yanvarın 1-də səsləndirilən şüarlar qeyri-sabit vəziyyətin davam edəcəyini göstərir.

Dövlət televiziyası nümayişlərdən zərər çəkənlərin görüntülərini yayımlayaraq bildirib:

“Təəssüf ki, ötən axşam baş vermiş hadisələr zamanı bir neçə şəhərdə 10-a yaxın insan həyatını itirib”.

Ancaq həyatını itirənlərlə bağlı ətraflı məlumat verilməyib.

Sosial media vasitəsilə yayılan çağırışlarda iranlıları paytaxt Tehran və digər 50 şəhərdə yenidən nümayişlərə səsləyiblər.

İran OPEK-in əsas neft istehsalçısı və regional gücüdür. Ancaq rəqibi Səudiyyə Ərəbistanına təsir göstərmək üçün Suriya və İraq döyüşlərində iştirak etdikdən sonra ölkədə gərginlik artıb.

Bildirilir ki, xarici müdaxilələr də İslam Respublikasında hiddəti artırır. Çünki iranlılar öz liderlərinin müharibələrə pul xərcləmək əvəzinə yeni iş yerləri açmasını istəyir.

Məşhəddə qiymət artımı ilə əlaqədar baş verən iğtişaşlar sürətlə yayılmağa başlayıb və siyasi mitinqlərə çevrilib.

Bəzi sakinlər İranın ali rəhbəri Ayətullah Əli Xameneyini və oğru adlandırdıqları hökuməti istefaya çağırıb.

Etirazçılar ötən il gənclərin işsizlik nisbətinin 28,8 faizə çatdığı bir ölkədə korrupsiya və iqtisadi çətinliklərə qarşı öz qəzəblərini ifadə ediblər.

İran prezidenti Həsən Ruhaninin etirazçıları sakitliyə çağırmasına baxmayaraq, etirazlar gecə boyu davam edib.

Prezident dövlət televiziyasındakı çıxışı zamanı xalqın tənqid etmək hüququnun olduğunu qeyd etsə də, ciddi tədbirlər görülməsi üçün də çağırışlar edib.

Ruhani hökumətin ictimai rahatlığı və ictimai qaydaları pozan, cəmiyyət içərisində ümumi etirazlara səbəb olan insanlara qarşı heç bir tolerantlıq göstərməyəcəyini deyib. Eyni zamanda bildirilib ki, yüzlərlə insan həbs olunub, lakin təhlükəsizlik qüvvələri kifayət qədər təmkinli rəftar nümayiş etdiriblər.

Analitiklərə görə, İran liderləri hesab edirlər ki, ideoloji öhdəlikləri və hökumətin nəzarəti ilə əldə etdikləri iqtisadi mənfəətlərdən dolayı 1979-cu il inqilabında qazandıqları kimi yenidən bir çox nəslin dəstəyini qazana bilərlər.

Ana səhifəXəbərlər”İranda iğtişaşlar zamanı 12 nəfər həyatını itirib”