İranda çörək və maaş tələbi ilə etirazlar keçirilir. Son bir neçə gün ərzində paytaxt Tehran, İsfahan, Kirmanşah, Əhvaz, Rəşt və Qəzvin də daxil olmaqla, ölkənin müxtəlif şəhərlərində maaşların artırılması tələbi ilə azı 12 etiraz aksiyası keçirilib. Yanvarın 16-da Təbrizdə də eyni tələblərlə etirazlar baş tutub. Yanvarın 13-də isə İranın 50-dən çox şəhərində müəllimlər aksiya keçirib və maaşların artımını tələb edib. Bundan başqa İnternetdə yayılmış videolarda Kərəc daxil digər şəhərlərdə də ədliyyə işçilərinin oxşar etirazlar təşkil etdikləri görünür Tehranda yüzlərlə ədliyyə işçisi parlamentin qarşısına yığışaraq hökumətin vədlərinə baxmayaraq maaşlarının artırılmamasına etiraz ediblər.
Yayımlandı: 18 Yanvar 2022 20:58
Son dəyişiklik: 19 Yanvar 2022 15:47